/ / Bolqarıstanın qızılgül yağı istehsalı ilə məşğul olan şirkətləri məhsullarını Bakıda təqdim edəcəklər
Bolqarıstanın qızılgül yağı istehsalı ilə məşğul olan şirkətləri məhsullarını Bakıda təqdim edəcəklər
13.08.2016 [10:16]
Bolqarıstanda akkreditə olunan bir qrup səfir Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanovanın təşəbbüsü ilə Pavel Banya və Kazanlık şəhərlərinə səfər edib, lavanda və qızılgül yağı istehsalı ilə məşğul olan şirkətlərdə görüşlər keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Pavel Banya şəhərinin meri Stanimir Radevski tərəfindən qəbul edilib. Görüşdə səfirlərə məlumat verilib ki, Pavel Banya Bolqarıstanın “qızılgül vadisi”ndə qızılgül və lavanda yağı istehsal edən əsas şəhərlərdən biridir. Mineral suların zənginliyi ilə məşhur olan şəhərin iqtisadiyyatında balneoloji turizm ikinci yeri tutur. Pavel Banya dünyanın bir sıra şəhərləri ilə dostluq münasibətləri yaradıb. Eyni zamanda, şəhərin Rusiya, Türkiyə, İspaniya və İtaliyanın müvafiq şəhərləri ilə qardaşlaşmış əlaqələrinin mövcud olduğu qeyd edilib.
Şirkətlərdə keçirilən görüşlərdə bu bölgədə yetişdirilən və özünəməxsus ətri ilə fərqlənən qızılgülün “damascena roza” növü olduğu bildirilib. İlk dəfə İranın Şiraz əyalətində yetişdirilən bu gül növü orta əsr xaç yürüşləri zamanı Suriyadan Avropaya gətirilib. Bolqarıstanın şimal-şərq bölgəsi qızılgül istehsalında kəmiyyətinə, mərkəzi hissəsi isə keyfiyyətinə görə fərqlənir. İstehsal zamanı müxtəlif bölgələrdən gətirilən güllər qarışdırılır. Dünyada qızılgül yağı istehsalının 40 faizi Bolqarıstanın üzərinə düşür ki, bu da təqribən ildə 1,5-2 ton yağ istehsalı deməkdir. Bir kiloqram yağ istehsalı üçün bir hektar ərazi və on nəfər işçi qüvvəsi tələb olunur. Yağın istehsalının 80 faizini əl əməyi təşkil edir. Dünya bazarında bu yağın 1 kiloqramının qiyməti 4 min avrodur. Dünyanın aparıcı ətir firmalarının istifadə etdiyi bu yağ ümumi ətrin 1 faizini təşkil edərək digər inqrediyentlərin təsirini artırır.
Görüşlərdə son vaxtlar Bolqarıstanda mineral su ilə qızılgül suyunun qarışdırılaraq istehsalı tendensiyasının mövcud olduğu barədə məlumat verilib. Bildirilib ki, bu sudan, həmçinin tibbi məqsədlər üçün istifadə edilir.
Səfir N.Qurbanova görüşdə çıxış edərək cari ilin sentyabr ayında Azərbaycan ilə Bolqarıstan arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının keçiriləcəyi barədə məlumat verib. O, qızılgül yağı istehsalı ilə məşğul olan şirkətləri öz məhsullarını təqdim etmək məqsədilə bolqar nümayəndə heyətinin tərkibində Bakıya dəvət edib.
Sonra səfirlər şirkətlərin məhsulları ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

