/ / M.Şefçoviç: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı çox uğurlu keçib
M.Şefçoviç: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı çox uğurlu keçib
24.02.2017 [09:36]
Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, bu gün Avropanın bir çox ölkəsinin diqqəti Bakıdadır. Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmaqda maraqlı olduqlarını bildirdilər. Həmçinin də Cənub Qaz Dəhlizinin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, “Şahdəniz-2” TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər nəzərdən keçirildi. Bu layihələr Avropa Komissiyası tərəfindən daim dəstəklənir.
Natiq Əliyev deyib ki, Cənub Qaz Dəhlizinə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi “Cənub Qaz Dəhlizi” layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib ki, təmsil etdiyi qurum Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək.
M.Şefçoviç bildirib ki, nazirlərin üçüncü toplantısı çox uğurlu keçib. Toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr, eləcə də qarşıya çıxan çətinliklər nəzərdən keçirilib.
“Biz TAP-la bağlı yaranan çətinliklərə dair İtaliya hökuməti və konsorsium iştirakçıları ilə daim danışıqlar və müzakirələr aparırıq. Çünki biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq”, - deyə M.Şefçoviç əlavə edib.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan qeyd edib ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır.
R.Danniqan deyib ki, ABŞ nümayəndə heyətinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək”.
Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç isə bildirib ki, hazırda Avropada digər bir qaz boru kəməri layihəsinin - İon-Adriatikin həyata keçirilməsi üçün işlər görülür. Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

