Qazaxıstan Prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub
05.04.2017 [09:58]
Aprelin 4-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir.
Logistika Mərkəzi barədə məlumat verən Şahin Mustafayev mərkəzin inşasına dair razılığın 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edildiyini və bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb. Həmin il Logistika Mərkəzinin inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında Anlaşma Memorandumu imzalanıb. Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan “Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 kvadratmetr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırdatonajlı nəqliyyat vasitələri ilə təchiz edilib. İqtisadiyyat naziri Şahin Mustafayev “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.
Qeyd edək ki, 25 faizi dövlətə məxsus olan “Azərsun İstehsal və Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yük daşımalarının artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

