Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub
12.05.2017 [09:55]
Azərbaycan tarixində ilk dəfə təşkil edilən şopinq festivalına yekun vurulub. Belə ki, aprelin 10-dan mayın 10-dək keçirilən birinci Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu olub. Festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalla bağlı açıqlamasında Bakı Şopinq Festivalının dünya turizm bazarında böyük əks-səda doğurduğunu qeyd edib. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana biliblər.
Xatırladaq ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq olunub, mağazalar 30 faizdən 70 faizədək endirimlər edib. Bundan başqa, turistlər və Azərbaycan vətəndaşları üçün təqdim olunmuş xüsusi ƏDV qaytarılması proqramı bütün alıcılar tərəfindən razılıqla qarşılanıb. Xarici vətəndaşlar üçün “Tax Free” sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, festival zamanı məbləğ 100 manatadək endirilib. Habelə xarici turistlər “Tax Free” məbləğini həmişəki kimi, hava limanında deyil, şəhərdə geri ala biliblər. Bununla yanaşı, dünyada ilk dəfə olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən yararlanıb.
Festival dövründə, demək olar, hər gün paytaxtımızdakı ticarət mərkəzlərində və Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə alıcıların, şəhərimizin sakinlərinin və turistlərin maraqla qarşıladığı əyləncə proqramları təşkil edilib. Eyni zamanda, Bakı Şopinq Festivalının fəxri qonaqları - dünya şöhrətli ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb.
Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin diqqət mərkəzində olub. Tam əminliklə demək olar ki, Bakı Şopinq Festivalı brendə çevrilib və festivalın gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb. Gözlənildiyi kimi, uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna yaxın keçiriləcək və bu barədə məlumat yaxın vaxtlarda veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

