Meksikada 16-cı Dünya Su Konqresi keçirilib
10.06.2017 [10:22]
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib
29 may - 02 iyun 2017-ci il tarixlərində Meksika Birləşmiş Ştatlarının Kankun şəhərində 16-cı Dünya Su Konqresi (WWC) keçirilib. Konqresdə iştirak etmək üçün “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikada işgüzar səfərdə olub.
16-cı Dünya Su Konqresi “Azərsu” ASC-nin də üzvü olduğu Beynəlxalq Su Resursları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə dünyanın 100-dən çox ölkəsini təmsil edən dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri iştirak edib. Konqresdə suyun inteqrasiyalı idarə edilməsi, bu sahədə innovasiyalar və təcrübələr, su sektorunda informasiya mübadiləsi, qlobal miqyasda su ilə bağlı aktual məsələlər müzakirə olunub.
Konqresin keçirildiyi günlərdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının prezidenti Patrik Lavarde, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Şuranın icraçı direktoru Tom Su, UNESCO-nun Su və ətraf mühit bölməsinin rəhbəri xanım Blanka Jimenos və digər rəsmi şəxslərlə görüşlər keçirib. Görüşlərdə su sektoru ilə bağlı qarşılıqlı maraq kəsb edən aktual mövzular ətrafında fikir mübadilələri aparılıb.
Konqresin yekununda elm və siyasətin əlaqələndirilməsini özündə ehtiva edən Kankun bəyannaməsi qəbul olunub.
Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycan dövlətinin su sektoruna verdiyi diqqət və dəstəyi, bu sahənin dinamik inkişafını, 2017-ci ilin martında keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və digər göstəriciləri yüksək qiymətləndirən Beynəlxalq Su Resursları Assosiasiyası 2021-ci ildə 18-ci Dünya Su Konqresinin Bakıda keçirilməsi təşəbbüsünə müsbət yanaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

