Sahibkarlığa Kömək Milli Fondu kredit yarmarkalarını davam etdirir
29.08.2009 [10:17]
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir. 2009-cu ilin əvvəllərindən indiyədək Dağlıq Şirvan, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala iqtisadi rayonlarında sahibkarların kreditlərlə təmin olunması ilə bağlı kredit yarmarkaları keçirilib və onlara güzəştli şərtlərlə kreditlər verilib.
SKMF növbəti kredit yarmarkasını dünən Saatlı şəhərində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün keçirib. Tədbir iştirakçıları əvvəlcə biyan məhsulunun emalı sahəsinin yaradılması üçün 2008-ci ildə Fonddan güzəştli kredit almış “BMİ” MMC-də olublar. Müəssisəyə verilmiş güzəştli kredit hesabına biyan məhsullarının emalı zavodu inşa edilib və zavod müasir avadanlıqlarla təchiz olunub. Bildirilib ki, zavodda istehsal olunan 2 növ biyan məhsulunun çin Xalq Respublikası, Koreya və ABŞ-a ixrac edilməsi nəzərdə tutulur. Zavod fəaliyyətə başladıqdan sonra burada 300 nəfər daimi işlə təmin olunacaq.
Tədbir iştirakçıları, həmçinin, soyuducu anbar kompleksinin yaradılması məqsədilə Fonddan güzəştli kredit almış “NJT-2000” firması tərəfindən Saatlı rayonunda inşa edilən soyuducu anbar kompleksində də olub, tikinti işlərinin gedişi ilə də tanış olublar.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fond ötən müddət ərzində regionlarda soyuducu anbar komplekslərinin tikintisi ilə bağlı layihələrin maliyyələşdirilməsinə başlayıb, müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonu üzrə 2, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2 və Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 investisiya layihəsi olmaqla 5 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib. Bundan başqa, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlanılıb.
2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 63,5 milyon manat təşkil edib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1200-dən çox olub. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4800-dən çox yeni iş yerinin yaradılması gözlənilir.
Sonra 8 müvəkkil kredit təşkilatı vasitəsilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ucar, Bərdə, Zərdab, Hacıqabul, Biləsuvar, Neftçala və Yevlax rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkara güzəştli kreditlər verilib. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində Aran iqtisadi rayonunda 100-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

