“Ekspo 2025”in Bakı şəhərində keçirilməsi ilə əlaqədar ölkəmizə dəstək ifadə olunub
07.02.2018 [10:07]
Azərbaycan nümayəndə heyəti İƏT Turizm Nazirlərinin 10-cu Konfransında iştirak edir
Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransı keçirilir. Konfransda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində N.Səmədov Banqladeşin turizm və mülki aviasiya naziri Şahcəlal Xan ilə görüşüb. Görüş zamanı Azərbaycanın turizm potensialı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair müqavilə-hüquq bazasının yaradılması, qarşılıqlı turist mübadiləsi barədə danışılıb. Həmçinin Qəbələ şəhərinin 2020-ci il üçün İƏT Turizm Paytaxtı seçilməsi, İƏT Turizm Koordinasiyası Komitəsinə keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyi, “Ekspo 2025”in Bakı şəhərində keçirilməsi ilə əlaqədar Banqladeş tərəfindən ölkəmizə dəstək ifadə olunub.
Azərbaycan nümayəndə heyəti Bəhreyn Krallığının sənaye, ticarət və turizm naziri və “Gulf Airline” şirkətinin rəhbəri Z.R.Əlzəyani ilə görüşüb. Görüşdə iki ölkə arasında turizm üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, 2017-ci ildə Oman Sultanlığının paytaxtı Maskat şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (BMDTT) və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən II Ümumdünya Turizm və Mədəniyyət Konfransı zamanı Azərbaycan tərəfinin irəli sürdüyü təklifə əsasən cari ilin yay ayılarında Bəhreyndən Azərbaycana birbaşa aviareyslərin açılacağı bildirilib.
Bu gün Banqladeş Xalq Respublikasının Baş naziri Şeyx Hasina Vazed və İƏT-in baş katibi Yusif bin Əhməd Əl-Osayminin iştirakı ilə İƏT Turizm Nazirlərinin 10-cu Konfransının rəsmi açılışı olub. Baş katib öz çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişə zonalarındakı İslam irsinin qorunmasının əhəmiyyətini qeyd edib.
Açılışdan sonra baş tutan konfransda çıxış edən Nazim Səmədov Azərbaycanın yüksək səviyyəli turizm infrastrukturu, turizm sahəsində aparılan islahatlar, İƏT ölkələri ilə turizm sahəsində əldə olunmuş əməkdaşlıq nəticəsində turist səfərlərinin sayının 2016-cı ilə nisbətən 2017-ci ildə 34 faiz artması və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfədən, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyəti Paytaxtı” seçilməsindən danışan Nazim Səmədov “Ekspo 2025”in keçirilməsi üçün namizəd şəhərlər sırasında Bakının yeganə İslam paytaxtı olduğunu vurğulayaraq İƏT ölkələrini namizədliyimizi dəstəkləməyə çağırıb.
Konfrans çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Bu görüşlərdə Azərbaycan ilə İƏT ölkələri arasında turizm üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Konfrans işini fevralın 7-də yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

