/ / Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
16.02.2018 [10:09]
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb.
AZƏRTAC xəbər verir ki, toplantının yekunları ilə bağlı keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacağını deyib.
Nazir qeyd edib ki, toplantıda “Cənub Qaz Dəhlizi” layihəsi üzrə ötən il ərzində görülən işlər və onun seqmentləri üzrə irəliləyişlər müzakirə edilib, müxtəlif qərarlar qəbul olunub. Layihə uğurla icra olunur və icra vəziyyəti qane edicidir. Cənub Qaz Dəhlizi Azərbaycanda “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrindən, Gürcüstan-Türkiyə sərhədindən başlayan və Yunanıstan sərhədinədək uzanan TANAP layihəsindən, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyanın cənubuna qədər davam edən TAP layihələrindən ibarətdir: “Bu ilin ortalarında Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək, 2020-ci ildə isə Avropaya çatdırılacaq. Çünki dünya qaz bazarına çıxış Azərbaycanın prioritetlərindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bildirib ki, bu il “Cənub Qaz Dəhlizi” layihəsi icrası baxımından əlamətdar hadisələrlə yadda qalacaq: “Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malik layihədir. Bu layihə ilə Azərbaycan qazı cari ildə Türkiyəyə, iki il sonra isə Avropa göndəriləcək. Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir. Avropanın müvafiq bankları artıq həm TANAP, həm də TAP-a maliyyə vəsaiti ayırıb”.
O qeyd edib ki, Türkmənistanın da Cənub Qaz Dəhlizinə marağı böyükdür: “Trans-Xəzər” qaz boru kəməri ilə bağlı Avropa İttifaqının və Avropa Komissiyasının mandatı bizə həvalə olunub. Hazırda Türkmənistan tərəfi ilə danışıqlar aparılır. Biz bu danışıqların intensiv davam etdirilməsində maraqlıyıq. Azərbaycan da bu prosesdə fəal iştirak edir”.
M.Şefçoviç İranın da Cənub Qaz Dəhlizinə qoşulması üçün mümkün variantların nəzərdən keçirildiyini bildirib. Qeyd edib ki, bu da “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinin göstəricisidir.
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə ölkəsinin qlobal əhəmiyyətli enerji layihələrini dəstəklədiyini deyib. Qeyd edib ki, ABŞ Avropada enerji təchizatı marşrutlarının şaxələndirilməsində maraqlıdır: “Avropanın enerji təhlükəsizliyi bizim üçün vacibdir. Çünki bu, güclü Avropa, ABŞ-ın güclü tərəfdaşı deməkdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətli layihədir”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

