Latın Amerikası Xəbərlər Agentliyində Azərbaycanın gömrük xidməti barədə məqalə dərc edilib
11.04.2018 [11:07]
Latın Amerikası Xəbərlər Agentliyinin (LANA) saytında “Azərbaycan Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleyası və konfransına ev sahibliyi edəcək” başlıqlı məqalə dərc olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Latın Amerikası və Karib hövzəsi regionunun ən nüfuzlu xəbərlər agentliyinin bu ilin mayında Bakıda keçiriləcək beynəlxalq tədbirlə bağlı hazırladığı məqalə ingilis dilində yayılıb.
Məqalədə vurğulanır ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. Azərbaycan son illər gömrüklə bağlı bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib. Onlardan biri də bu il mayın 2-dən 4-dək keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleyası və konfransıdır.
Qeyd edilir ki, tədbirin təşkilati məsələlərinin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti bu il fevralın 13-14-də Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının yerləşdiyi Barselona şəhərində işgüzar səfərdə olub. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Barselona Azad İqtisadi Zona Konsorsiumu və ispan iş adamları, Kataloniyanın iri sənaye şirkətlərini təmsil edən təşkilat - “Foment del Treball Nacional”ın rəhbərliyi ilə, eləcə də Barselona Şəhər Şurası və Barselona Limanında ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə Azərbaycanın logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri, müasir dəniz ticarət limanı, eləcə də onun tarixi, mədəniyyəti və coğrafiyası ilə bağlı ətraflı məlumat verilib.
“Ölkənin gömrük xidməti müasir Azərbaycanın iqtisadi inkişafı və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə məqalədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaranma tarixi və fəaliyyəti barədə də məlumat verilir. Bildirilir ki, Azərbaycan Gömrük Xidməti yeni çağırışlara uyğun olaraq daim dəyişir. Ölkədə sonuncu dəfə Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib. Məcəllə qabaqcıl təcrübələr və standartlar əsasında, o cümlədən Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericiliyinə əsasən hazırlanıb.
Daha sonra məqalədə Azərbaycan Gömrük Xidmətinin bir sıra beynəlxalq və regional təşkilatların üzvü olduğu, o cümlədən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılır. ÜGT-nin üç regional strukturunun - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzin Azərbaycanda yerləşdiyi, həmçinin ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisinin də Bakıda fəaliyyət göstərdiyi qeyd edilir.
Məqalədə ayrıca olaraq Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasına dair geniş bilgi verilir. Vurğulanır ki, Şərqin ənənələri ilə Qərbin inkişafını özündə ahəngdarlıqla birləşdirən Azərbaycan qədim tarixə, ecazkar təbiətə və zəngin mədəniyyətə malik ölkədir.
“Azərbaycan xalqının 5000 ilə yaxın dövlətçilik tarixi var. Bu ərazidə ilk dövlətlər eramızdan əvvəl IV-III minilliklərdə yaranıb”, - deyə məqalədə müsəlman dünyasında ilk demokratik respublikanın da məhz Azərbaycanda yarandığı vurğulanır. Eləcə də Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət sahəsində əldə etdiyi tarixi nailiyyətlər barədə məlumat verilir.
Bundan başqa, məqalədə “Azərbaycan haqqında danışarkən, insanın ağlına ilk növbədə onun əsas təbii sərvəti olan neft gəlir”, - deyə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm roluna da toxunulur. Qeyd edilir ki, Azərbaycan regionun inkişafında keyfiyyətcə yeni iqtisadi model yaratmaqla, Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirməklə, Qafqazın nəqliyyat dəhlizini inkişaf etdirməklə və genişmiqyaslı layihələr həyata keçirməklə Xəzər regionunda və Qafqazda böyük əhəmiyyətə malik logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, tarixi İpək Yolunun bir hissəsi olan, 21-ci əsrin layihəsi hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın təşəbbüsü və iştirakı ilə inşa edilib.
Eyni zamanda, bu gün Azərbaycanın fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin əsas komponentləri olan TANAP və TAP layihələrinin də həyata keçirildiyi, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

