Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
18.07.2018 [09:33]
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik (performance) auditi sahəsində təcrübəsini öyrənir.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, qurumun auditoru Vaqif Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Tvinninq layihəsi çərçivəsində Polşada səfərdə olub. Təlimin məqsədi Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsinin öyrənilməsi olub.
Polşa Ali Audit İdarəsinin prezidenti Kşiştof Kviatkovski nümayəndə heyəti ilə görüşərək Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin uğurla keçiriləcəyini bildirib.
Təlim çərçivəsində Polşa Ali Audit İdarəsinin Elm, Təhsil və Milli Miras Departamentinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Pyotr Prokopçuk Elm, Təhsil və Milli Miras Departamenti tərəfindən aparılan audit tədbirləri və səmərəlilik auditi mövzusunda təqdimatla çıxış edərək bildirib ki, səmərəlilik auditi təkmilləşməyə səbəb olmaq məqsədilə qənaətlilik, səmərəlilik və effektivlik aspektlərinin biri və bir neçəsi ilə bağlı hökumət fəaliyyətlərinin, sistemlərinin, proqram və ya təşkilatlarının müstəqil və obyektiv yoxlanmasıdır.
Təlim zamanı Polşa Ali Audit İdarəsinin Audit Metodologiyası və Professional İnkişaf Departamentinin direktoru vəzifəsinin müvəqqəti icraçısı xanım Magdalena Bratovska Audit Metodologiyası və Professional İnkişaf Departamentinin keyfiyyətin təmin olunması prosesində rolu və audit prosesində metodoloji dəstəklə bağlı təqdimatlarla çıxış edib.
Daha sonra Polşa Ali Audit İdarəsinin İnfrastruktur Departamentinin direktor müavini Tadeuş Viniarz İnfrastruktur Departamenti tərəfindən aparılan səmərəlilik auditləri barədə məlumat verib. Qeyd edib ki, səmərəlilik auditi auditin ayrıca müəyyən edilə bilən hissəsidir ki, bu da, adətən, hesabat və məruzə hazırlanması ilə nəticələnir və həmin audit tədbirlərinin aydın müəyyən edilə bilən məqsədləri olmalıdır.
Krakov regional bölməsində aparılmış təlimlərdə bölmənin direktoru xanım Jolanta Stavska bölmənin səmərəlilik auditi üzrə təcrübəsi daxil olmaqla bölmənin fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib, dövlət xərclərinin auditi üzrə baş eksperti Voyçex Dudek, Ali Audit İdarəsinin Beynəlxalq əlaqələr üzrə məmuru Marcin Kopec və Krakov regional bölməsinin hüquq məsləhətçisi xanım Agata Bjeska-Lebieska aparılan səmərəlilik auditlərindən bəhs edərək nümunələr təqdim edib, Hesablama Palatası əməkdaşlarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

