Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı elmi cəhətdən araşdırılıb
26.07.2018 [10:34]
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseynin “Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı: qloballaşmanın çağırışları və inkişaf imkanları” adlı monoqrafiyası nəşr olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada Azərbaycanda istehsal olunan kənd təsərrüfatı, xüsusən də bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyi məsələləri elmi cəhətdən araşdırılıb. Göstərilib ki, müasir dövrdə qloballaşmanın çağırışları nəzərə alınmaqla, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması iqtisadi inkişafın aktual problemləri sırasında özünə yer alır. İnkişaf edən iqtisadiyyatlarda kənd təsərrüfatı milli ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, əhalinin məşğulluğu və kənd regionlarında həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərinin həllində də əhəmiyyətli rol oynayır.
R.Hüseyn yeni dərc olunan monoqrafiya haqqında danışarkən bildirib ki, Azərbaycan iqtisadiyyatında şaxələndirmənin gücləndirilməsi əsas prioritet kimi qəbul olunduğu hazırkı şəraitdə aqrar sektorun inkişafı, həm də, qeyri-neft ixracının artırılmasının mühüm mənbəyi kimi ön plana keçir. Bu istiqamətdə, ilk növbədə, əhəmiyyətli ixrac potensialına malik olan bitkiçilik sektorunda rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi ilə bağlı məsələlərin həllinə ehtiyac yaranır: “Ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında əsaslı irəliləyişlər baş verib. Bir çox ərzaq məhsulları üzrə respublikanın özünütəminetmə səviyyəsi yüksəlib. Eyni zamanda, ölkədə istehsal olunan bitkiçilik məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətinin təmin olunması istiqamətində müsbət nəticələr qazanılıb. Bununla yanaşı, respublikamıza bitkiçilikdə rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı daha böyükdür və bu potensialdan tam istifadə etmək üçün qloballaşmanın çağırışları da diqqətə alınmaqla elmi cəhətdən əsaslandırılmış müvafiq təkliflərin hazırlanması, inkişaf imkanlarının öyrənilməsi mühüm əhəmiyyətə malikdir”.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də rəqabətqabiliyyətli məhsul istehsalının artırılması məsələsi öz əksini tapıb. Strateji Yol Xəritəsinin prioritetlərindən biri isə həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir. Bu prioritetlərin uğurlu şəkildə reallaşdırılması ölkəmizin kənd təsərrüfatı istehsalı üzrə mövcud potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsini və səmərəli istifadə edilməsi yollarının müəyyənləşdirilməsini zəruri edir.
Monoqrafiya Azərbaycan Respublikasında aqrar sahənin inkişafına dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, mütəxəssislər, sahibkarlar, doktorantlar və tələbələr faydalana bilərlər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

