Asiya İnkişaf Bankının 2030-cu ilədək strategiyası təsdiqlənib
27.07.2018 [09:50]
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Asiya və Sakit okean regionun inkişaf edən ehtiyaclarına təşkilatın geniş perspektivini və strateji reaksiyasını əks etdirən uzunmüddətli - 2030-cu ilədək strategiyasını təsdiqləyib.
AİB-dən AZƏRTAC-a bildiriblər ki, bank regionun ən yoxsul və ən həssas ölkələrinə dəstək verməyə davam edəcək. Kövrək və münaqişələrdən təsirlənən yerlər, kiçik inkişaf etməkdə olan ada ölkələr, aşağı gəlirli, aşağı ortagəlirli və yuxarı ortagəlirli ölkələr kimi müxtəlif ölkələr qruplarının müxtəlif ehtiyaclarını ödəmək üçün fərqli yanaşmalar tətbiq edəcək. AİB bu ölkələrdə inkişafdan geri qalmış sahələr, yoxsul rayonlar və dayanıqlı olmayan sahələrə dəstəyin göstərilməsi işini əsas prioritet kimi götürəcək.
Eyni zamanda, AİB təhsil, səhiyyə və sosial müdafiə kimi sosial sahələrdə əməliyyatları genişləndirəcək.
AİB-in dəstəyi yeddi əməliyyat prioritetinə yönəldiləcək: qalan yoxsulluğun aradan qaldırılması və bərabərsizliyin azaldılması; gender bərabərliyində irəliləyişlərin sürətləndirilməsi; iqlim dəyişikliyinə qarşı mübarizə, iqlim və fəlakətə qarşı davamlılıq yaratmaq və ekoloji davamlılığı artırmaq; şəhərləri daha dinamik hala gətirmək; kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi; idarəetmə və institusional bacarıqların gücləndirilməsi və regional əməkdaşlıq və inteqrasiyanın təşviqi.
AİB-in həyata keçirdiyi əməliyyatların ən azı 75 faizi (dövlət zəmanəti olan və olmayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) 2030-cu ilədək gender bərabərliyini təşviq edəcək. 2030-cu ilə kimi AİB həyata keçirilən əməliyyatların 75 faizini (dövlət zəmanəti olan və olmayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) iqlim dəyişikliyinin təsirinin azaldılmasına və adaptasiyasına istiqamətləndirəcək. 2019-cu ildən 2030-cu ilə kimi olan dövrdə AİB-in öz resurslarından iqlim maliyyələşməsi 80 milyard dollara çatacaq. 2019-cu ilin ortalarında hazırlanacaq yeni bir korporativ nəticələr bazası AİB-in digər əməliyyat prioritetləri üçün daha çox hədəflərdən ibarət olacaq.
2030-cu ilədək strategiya çərçivəsində yeddi əməliyyat prioritetini dəstəkləmək üçün AİB 2024-cü ilədək əməliyyatların üçdə birinə çatmaq üçün özəl sektor əməliyyatlarını genişləndirəcək və şaxələndirəcək.
AİB-in özəl sektor əməliyyatları ekoloji, sosial və idarəetmə standartlarını yaxşılaşdırmağa yardım edəcək; bazarda mövcud olmayan maliyyələşdirməni məqbul şərtlərlə təmin edəcək; layihənin dizaynı və inkişafı nəticələrini yaxşılaşdıracaq. Yenilikçi infrastruktura əlavə olaraq, onlar aqrobiznesə dəstəyi artırır və özəl müəssisələr vasitəsilə sağlamlıq və təhsil kimi sosial sektorlara dəstək verəcək. AİB etibarlı maliyyəçi və maliyyə katalizatoru olmağa davam edəcək.
Təşkilat inkişaf etməkdə olan üzv ölkələri ilə ən müvafiq məlumat məhsulları və xidmətləri istehsal etmək üçün yaxından əməkdaşlıq edəcək. Proaktiv araşdırma aparacaq, yüksəkkeyfiyyətli siyasətlə bağlı məsləhətlər verəcək, ölkələrin institusional potensialını gücləndirəcək və bilik sahəsində əməkdaşlığı genişləndirəcək.
Strategiyanı hazırlayarkən hökumətlər, AİB rəhbərləri, aparıcı inkişaf mütəxəssisləri və qeyri-hökumət təşkilatları da daxil olmaqla, AİB-in üzvlüyündə geniş və təmsil olunan maraqlı tərəflər qrupu ilə geniş məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, 1966-cı ildə yaradılmış bu təşkilatın 67 üzvü var və onların 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in əməliyyatları 32,2 milyard dollar, o cümlədən birgə maliyyələşmə üzrə 11.9 milyard dollar təşkil edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

