Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib
14.09.2018 [09:23]
Sentyabrın 13-də Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında əsas diqqət 2018-ci il sentyabrın 5-dən qüvvəyə minmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni Qanununa, Qanunda Hesablama Palatasının müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı qarşıda duran məsələlərə yönəldilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni Qanun haqqında məlumat verərək qeyd edib ki, dövlət vəsaitlərinin və digər dövlət əmlakının məqsədyönlü və səmərəli istifadə edilməsinə daha keyfiyyətli və effektiv kənar dövlət maliyyə nəzarətini təmin etmək üçün bu Qanun ali audit orqanı olaraq Hesablama Palatasının qarşısında mühüm vəzifə və öhdəliklər müəyyənləşdirib. Bildirilib ki, bu Qanunun qəbul edilməsi bir daha onu göstərdi ki, ölkə rəhbərliyi maliyyə nəzarətini gücləndirməklə büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə edilməsini və bu sahədə şəffaflığın artırılmasını daim diqqət mərkəzində saxlayır. Qeyd edilib ki, yeni Qanunda ilk dəfə olaraq ali audit orqanı kimi Hesablama Palatasının statusu müəyyənləşdirilib, kənar dövlət maliyyə nəzarəti, dövlət vəsaiti, kənar dövlət maliyyə nəzarəti tədbirləri və kənar dövlət maliyyə nəzarətinin obyektlərinin anlayışları verilib ki, bu da dövlət maliyyəsi ilə bağlı bəzi metodoloji qeyri-müəyyənliklərin və uyğunsuzluqların aradan qaldırılmasına xidmət edəcək. Yeni Qanunda ali audit orqanı olaraq Hesablama Palatasının müstəqilliyinə dair ayrıca maddənin verilməsi, o cümlədən Hesablama Palatasının təşkilati və funksional müstəqilliyə malik olması və onun fəaliyyətinə qanunsuz müdaxilə etməyin yolverilməzliyi, həmçinin dövlət büdcəsindən ona ayrılmış vəsait həddində strukturunu və ştat sayını özünün təsdiq etməsi Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) olan ISSAI 1 (Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi) və ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi) müəyyən edilmiş prinsiplərə tam cavab verir. Diqqətə çatdırılıb ki, yeni Qanunda əvvəlki qanunvericilikdən fərqli olaraq Hesablama Palatasının fəaliyyət istiqamətləri konkret müəyyən edilərək bu istiqamətlər üzrə vəzifə və hüquqları daha əhatəli və dolğun şəkildə verilib ki, bu da Palata tərəfindən aparılan kənar dövlət maliyyə nəzarətinin keyfiyyətini artırmaqla bərabər dövlət vəsaitlərinin və digər dövlət əmlakının səmərəli şəkildə istifadə edilməsinə nəzarəti tam təmin etmiş olur.
Eyni zamanda, bildirilib ki, yeni Qanun Hesablama Palatası ilə dövlət qurumları arasında elektron inteqrasiya sisteminin genişləndirilməsi ilə hesabatlılığın gücləndirilməsi, dövrü informasiya mübadiləsinin təmin edilməsi, məsafədən auditin aparılması, maliyyə-büdcə nəzarətinin rəqəmsallaşdırılması işlərinin təşkili və başlanılmasına təkan verir.
Kollegiya iclasında çıxış edən digər məruzəçilər də yeni Qanunun rolu və əhəmiyyəti, Palatanın bundan sonra fəaliyyətinə onun necə təsir edəcəyi, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün atılacaq addımlar və s. bu kimi məsələlər barədə ətraflı məlumat veriblər.
İclasda, həmçinin Hesablama Palatasının tərkibi və işinin təşkili, Qanunun pozulmasına görə məsuliyyət, Palatanın fəaliyyətinin təminatları haqqında Qanunda müəyyən edilmiş məsələlər haqqında məlumat verilib və kollegiya aşağıdakı məsələlər üzrə tapşırıqları müəyyən edib:
- yeni Qanunda yeni audit növlərinin müəyyən edilməsini nəzərə alaraq, həmçinin hesabatlılığın və şəffaflığın təmin edilməsi, eləcə də yeni Qanunda Hesablama Palatasının büdcə prosesində iştirakı istiqaməti üzrə fəaliyyətini genişləndirmək məqsədilə Palatanın dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına, müvafiq qanunların layihələrinə və hesabatlara dair rəy verilməsi ilə bağlı işlərinin təkmilləşdirilməsi və bu istiqamət üzrə mövcud metodiki sənədlərin yenilənməsi və yeni metodiki sənədlərin hazırlanması;
- kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi zamanı elektron informasiya sistemlərinə daxil olunması, nəzarət tədbirlərində informasiya texnologiyalarının tətbiq edilməsi, informasiya sistemlərinin qiymətləndirilməsi, informasiya sistemləri üzrə məlumatların toplanması kimi mühüm səlahiyyətlərin müəyyən olunduğunu nəzərə alaraq bu sahələrdə Palatanın IT istiqaməti üzrə fəaliyyətinin təkmilləşdirilməsi üçün texniki tapşırıqların hazırlanması və yeni proqram təminatlarının alınması;
- yeni Qanunun tətbiqi ilə bağlı qüvvədə olan normativ-hüquqi aktlarda aparılacaq dəyişikliklərlə bağlı təkliflərin hazırlanması.
Kollegiya iclasında, həmçinin həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub:
- Dövlət büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair;
- İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasının sonunda Palatanın əməkdaşları Şəkərəliyev Firiş Balış oğluna, Rzayev Zəfər Çobanəli oğluna, Hacıyev İntiqam Qəşəm oğluna, Əzizov Yaşar Əli oğluna və Ağakişiyev Sənan Şakir oğluna dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edildikləri medallar təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

