Neft Fondunun gəlirlərin şəffaf idarə edilməsi istiqamətində təcrübəsi yüksək qiymətləndirilib
26.09.2018 [09:04]
Sentyabrın 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ölkəmizdə işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şahmar Mövsümov ARDNF-in yaranma tarixi, milli neft strategiyası, Neft Fondunun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə təqdimatla çıxış edib.
Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər etdiyini qeyd edən Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan ilə Monqolustan arasındakı mövcud əlaqələr barədə məlumat verib. ARDNF barədə təqdimatla tanış olan Monqolustan Prezidenti Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib.
Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xaltmaaqiyn Battulqa Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulduğunu qeyd edib. O, Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-in nümayəndə heyətini də qeyd olunan missiya tərkibində Monqolustana dəvət edib.
ARDNF-in icraçı direktoru Monqolustan Prezidentinə dəvət üçün təşəkkürünü bildirib. Şahmar Mövsümov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və Monqolustan Prezidentinin Azərbaycana səfərinin mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini deyib.
Nümayəndə heyəti Neft Fondunun binası və muzeyi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

