Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Küveytdə səfərdə olub
14.02.2019 [10:01]
Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında əməkdaşlığa dair ikitərəfli saziş yenilənərək imzalanıb
Fevralın 12-13-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunun (DAB) prezidentinin vəzifəsini icra edən Adel Al-Saravinin dəvəti ilə Küveytə səfər edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Auditi Bürosu arasında əməkdaşlığın hər iki ali audit qurumu (AAQ) üçün aktual sahələr üzrə daha da genişləndirilməsi məqsədi daşıyıb.
Küveyt Dövlət Auditi Bürosunun inzibati binasında keçirilən görüş Hesablama Palatasının nümayəndə heyətini qəbul edən tərəf adından Adel Al-Saravinin salamlama nitqi və iştirak edən nümayəndələrin təqdim olunması ilə başlayıb. Küveyt tərəfi DAB-ın ali idarəetmə heyətinin üzvləri və görüş üçün müəyyən edilmiş müzakirə mövzuları üzrə məsul rəhbər şəxslərlə təmsil olunub.
Müzakirələrin əvvəlində A.Saravi Hesablama Palatası və DAB arasında mövcud münasibətlər, DAB-ın Azərbaycan AAQ-ı tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə iştirakı haqqında ümumi məlumat verib və cari görüşün hər iki qurumun potensialının artırılması istiqamətində verəcəyi töhfəyə əmin olduğunu bildirib. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri V.Gülməmmədov küveytli həmkarlarının dəvəti üçün minnətdarlığını bildirib və Azərbaycanın dövlət maliyyə idarəetmə sistemi, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin formalaşma tarixçəsi və Azərbaycan AAQ-ı qarşısında duran hədəf və çağırışları diqqətə çatdırıb.
Təsdiq edilmiş proqrama əsasən görüşün hər iki tərəfin təqdimatları formatında olması nəzərdə tutulub. Küveyt AAQ-nın təmsilçiləri auditin idarə edilməsinin elektron sistemi, illik təlim planı, 2018-ci il üzrə vətəndaş hesabatı, dövlət vəsaitlərinin qorunmasında Küveyt AAQ-nın heyəti tərəfindən bilik mübadiləsinin paylaşımında və auditlərdə informasiya texnologiyalarının rolu mövzularında çıxış edib. Çıxışları müşayiət edən intensiv müzakirələr zamanı Hesablama Palatasının nümayəndə heyətinin rəhbəri və üzvləri qeyd edilən sahələr üzrə analoji təcrübələrin mövcudluğu, həmçinin bununla əlaqəli görülmüş işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşün növbəti hissəsində Hesablama Palatasının nümayəndə heyəti qurumun fəaliyyəti, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsi və həyata keçirilən tvinninq layihəsinə dair təqdimatlar ilə çıxış edib. Azərbaycan AAQ-nın dövlət büdcəsinin layihəsinə dair verdiyi Rəy və onun hazırlanması metodologiyası Küveyt tərəfinin xüsusi marağına səbəb olub. Görüşdə iştirak edən Küveyt DAB-ın rəhbərliyi sözügedən sahə üzrə Azərbaycan təcrübəsinin tətbiq etmək niyyətini və bununla əlaqədar əlavə müzakirə, görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra V.Gülməmmədov Küveyt Dövlət Auditi Bürosunun qonaq kitabında xatirə qeydlərini edib və bu qurumun inzibati binası ilə tanışlıq ekskursiyasında iştirak edib. Hesablama Palatasının nümayəndə heyətini DAB-ın informasiya mərkəzi, onun fəaliyyəti və texniki bazası ilə tanış ediblər.
Səfərin ilk gününün sonunda Azərbaycan AAQ-nın nümayəndə heyətini Küveytin Milli Assambleyasının (Parlamentinin) spikeri Marzuq Ali Al-Qanim qəbul edib. Görüş zamanı M.Qanim Azərbaycan və Küveyt arasında ölkə və qurumlar səviyyəsində dostluq münasibətlərinin cari vəziyyəti, onların daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
V.Gülməmmədov Milli Assambleyanın spikerinə rəhbərlik etdiyi qurumda baş tutmuş görüş üçün təşəkkürünü bildirib və iki ölkənin AAQ-ı arasında münasibətlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.
Proqramın ikinci günü Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2020-2023-cü illəri əhatə edən dövrdə əməkdaşlıq çərçivəsini müəyyən edəcək İş planının müzakirəsi ilə başlayıb. İş planına illik bölgü əsasında ekoloji audit, dövlət borcunun auditi, dövlət satınalmalarının auditi və informasiya texnologiyalarının auditi kimi mövzuları əhatə edən silsilə tədbirlər daxil edilib.
Fevralın 13-də ikigünlük səfərin yekunu olaraq Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2006-cı ildə bağlanılmış əməkdaşlığa dair ikitərəfli saziş yenilənərək imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

