Statistika Şurasının növbəti iclası keçirilib
24.05.2019 [09:44]
Mayın 23-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərini məlumatlandırıb. Bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Bununla yanaşı, dayanıqlı inkişafı məqsədləri üzrə statistik məlumatların əldə edilməsi, inzibati məlumatlardan rəsmi statistika məqsədləri üçün istifadə imkanlarının artırılması üzrə dövlət orqanlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı prosesinə çəkilən xərclərin optimallaşdırılması yolu ilə onun səmərəliliyinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Komitə sədri son illərdə həyata keçirilmiş struktur islahatları haqqında Şura üzvlərinə məlumat verərək qeyd edib ki, beynəlxalq təcrübə nəzərə alınaraq statistik proseslərin standartlaşdırılması, məlumatların yayım sisteminin təkmilləşdirilməsi, respondentlərə düşən yükün azaldılması, irihəcmli məlumatlardan (big data) istifadə və digər istiqamətlərdə müəyyən edilmiş tədbirlər də uğurla icra olunur.
Daha sonra komitə sədrinin müavini Yusif Yusifov “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə innovativ inkişafın dəstəklənməsi sahəsində mövcud vəziyyət”, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə isə “İnzibati məlumatların istehsalı proseslərinin GSBPM-ə uyğunluq səviyyəsinin müəyyən edilməsinin metodologiyası və qiymətləndirmə (sorğu) vərəqinin layihəsi” haqqında ətraflı məlumat veriblər.
Müzakirələrlə davam edən Şura iclasında mövzu ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

