/ / Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib
24.05.2019 [09:45]
Mayın 23-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda MDB-yə üzv ölkələrin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri, həmçinin MDB-yə üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun və Müstəqil Dövlətlər Birliyinin sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti gömrük işinin hüquq-mühafizə sahəsinə xüsusi diqqət göstərir, bu sahədə regional və beynəlxalq əməkdaşlığa böyük önəm verir.
Ə.Abdullayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkənin gömrük orqanlarının sürətlə inkişaf etdiyini vurğulayıb, bütün sahələrdə olduğu kimi, qaçaqmalçılığın, hüquqpozmaların qarşısının alınması istiqamətində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Son illər gömrük sistemində aparılan islahatların, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin də effektivliyinin artırılmasında, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib. O, iclasda aparılan müzakirələrin təcrübə mübadiləsinin və hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, iştirakçı ölkələrin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə fayda verəcəyinə əminliyini ifadə edib.
Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Oleq Qubaydulin iclasın səmərəli keçirilməsi üçün yaradılan şəraitə, diqqət və qayğıya görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
O.Qubaydulinin sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən, əvvəlcə Komitənin fəaliyyət strategiyasının reallaşdırılması ilə bağlı vəziyyət barədə iclas sədrinin məlumatı dinlənilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Gömrük sahəsində cinayət və hüquqpozmaların qarşısının alınması işinin təşkili üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı və davamlı inkişaf strategiyasına uyğun olaraq ölkənin sürətlə inkişaf etdiyi, xarici ticarət dövriyyəsinin, Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının və ölkəyə səyahət edənlərin sayının artdığı vurğulanıb. Gömrük sistemində həyata keçirilən islahatlar barədə də məlumat verilib, tətbiq edilən yeniliklərin qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Eyni zamanda, təqdimatda Azərbaycan gömrüyünün hüquq-mühafizə sahəsindəki fəaliyyəti - yeniliklər və islahatların müsbət təsiri, qaçaqmalçılığın və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan nəticələr, müasir informasiya texnologiyalarının tətbiqi və digər məsələlərlə bağlı məlumat verilib.
Sonra digər iştirakçı ölkələrin nümayəndələrinin çıxışları dinlənilib, iclasın gündəliyindəki məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

