Transxəzər magistralı sazişi Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib
30.05.2019 [09:50]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib.
19 mart 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş bu ilin aprel ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən təsdiq edilib. 17 may tarixində isə sözügedən saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib.
Sənədə əsasən, Transxəzər magistralının çəkilişi Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə bu ölkənin telekommunikasiya operatorları olan “Transtelecom” və “KazTransCom” şirkətləri tərəfindən icra ediləcək. Bu məqsədlə iki ölkəni təmsil edən şirkətlər arasında ümumi uzunluğu 380-400 kilometr olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı artıq Konsorsium təsis edilib, birgə İşçi qrupu yaradılıb və tikinti üzrə müştərək müqavilə də imzalanıb.
“AzerTelecom” şirkətinin “Azerbaijan Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər magistralı layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını nəzərdə tutur. Layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal dəhlizin yaradılması və beləliklə də Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir.
“Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər fiber-optik magistralı layihəsinin ümumilikdə böyük bir regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaq. Layihənin icrası, həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcək.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

