Dünya Bankı Azərbaycana 54 layihə üzrə kredit ayırıb
08.06.2019 [07:33]
Dünya Bankı tərəfindən Azərbaycana 54 layihə üzrə kredit ayrılıb. Bunlardan 48-si başa çatdırılıb, daha 6 layihə üzrə işlər isə davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə səlahiyyət müddəti başa çatmış regional direktoru xanım Mersi Tembon və bankın Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösla görüşündə deyib.
Görüşdə M.Tembonla çox səmərəli əməkdaşlıq edildiyini vurğulayan iqtisadiyyat naziri ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru S.Molenösu yeni təyinatı münasibətilə təbrik edən nazir gələcək qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb.
Ş.Mustafayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir, bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir: “Azərbaycan Dünya Bankı ilə sıx əməkdaşlıq edir. Layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi əhəmiyyətlidir. Ümumilikdə, Dünya Bankı tərəfindən Azərbaycana 54 layihə üzrə kredit ayrılıb. Bunlardan 48 layihə başa çatdırılıb, daha 6 layihə üzrə işlər isə davam etdirilir”.
Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunaraq Dünya Bankının mükafatına layiq görülüb.
Nazir Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl bölmənin inkişafı, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.
Görüşdə Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.
M.Tembon səmərəli əməkdaşlığa görə təşəkkürünü və Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirib. Vurğulanıb ki, əməkdaşlıq müddətində Azərbaycan çox dəyişib və inkişaf edib. Azərbaycanın “Doing Business” hesabatında davamlı olaraq irəliləməsi sevindiricidir və əldə olunan nailiyyətlər yüksək qiymətləndirilir.
S.Molenös isə biznes mühiti, innovasiyalar, sahibkarlığın inkişafı kimi sahələrdə malik olduğu təcrübəni bölüşməyə hazır olduğunu, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini vurğulayıb.
Görüşdə bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

