Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
13.09.2019 [09:44]
Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və sair sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 milyard dollar təşkil edir.
Nazir müavini deyib ki, iqtisadi əlaqələrin inkişafında Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlıq önəmlidir. Sentyabrın 11-də Sverdlovsk vilayəti ilə Azərbaycan arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə edir. Bu, bir daha əlaqələrimizin çoxşaxəli olduğunu göstəirir: “Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild”, “Innoprom” sərgilərində nümayiş olunur, Rusiyaya ixrac missiyaları təşkil edilir, regionlararası forumlar keçirilir”.
Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər və Xarici İqtisadiyyat naziri Vasiliy Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Sverdlovsk vilayətinin sahibkarlarının Azərbaycana səfərinin təşkil edilməsi planlaşdırılır.
Biznes forumda Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları barədə təqdimatlar edilib, Sverdlovsk vilayətinin iqtisadi potenisalı barədə videoçarx nümayiş olunub.
Həmçinin biznes forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin “VINAZ” MMC, həmçinin Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin “TEN” şirkətlər qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
Sonra iş adamları əlaqələrin genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

