/ / Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Dünya Bankının əməkdaşlığının perspektivləri müzakirə olunub
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Dünya Bankının əməkdaşlığının perspektivləri müzakirə olunub
27.09.2019 [08:43]
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenös, Azərbaycan üzrə direktoru Navid Həsən Naqvi və maliyyə sektoru üzrə baş mütəxəssisi, həmçinin Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) rəhbəri Anjela Priqojinadan ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, perspektiv məsələlər müzakirə olunub.
Palatanın idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks islahatların davamı kimi maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat verərək bu islahatların beynəlxalq nüfuzlu qurumlar və reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın maliyyə bazarlarında hazırda da davam edən pozitiv trendlər Beynəlxalq Valyuta Fondunun (IMF) son hesabatında müsbət qiymətləndirilib, “Fitch”, “Moody’s” və “S&P” kimi reytinq agentliklərinin ölkəmiz haqqında göstəricilərində müsbət dinamika müşahidə edilib.
Ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan İ.Alışov maliyyə bazarlarında dayanıqlı inkişafın mühüm ünsürlərindən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması, effektivliyinin artırılması məqsədilə görülmüş işlər, həmin işlər nəticəsində əldə olunmuş statistik nəticələr barədə məlumat verib.
Eyni zamanda, maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq olunması məqsədilə MBNP-nin beynəlxalq maliyyə qurumları ilə intensiv əlaqələrin yaradılmasına xüsusi önəm verdiyi vurğulanıb. Belə ki, MBNP-nin Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv qəbul edildiyi, 40-dan çox beynəlxalq təşkilat və xarici dövlətin nəzarət orqanları ilə məhsuldar əməkdaşlığın həyata keçirildiyi, bu çərçivədə Azərbaycanın daşınar əmlakın yüklülüyünün dövlət reyestri sahəsində təkmil təcrübəsinin Gürcüstan tərəfindən öyrənilərək tətbiq edilməsi istiqamətində işlərin aparıldığı, o cümlədən Qırğızıstanın bu təcrübədən yararlanmaqda maraqlı olduğu diqqətə çatdırılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru S.Molenös MBNP-nin qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərinin kəskin azalması nəticəsində maliyyə sektorundakı böhran fonunda yaradılmasına baxmayaraq, qısa müddət ərzində çox böyük uğurlar əldə etdiyini vurğulayaraq sektora yönəlmiş islahatların makroiqtisadi sabitliyin və maliyyə inklüzivliyinin təmin olunmasında çox böyük əhəmiyyəti olduğunu qeyd edib. O, ümumilikdə MBNP tərəfindən həyata keçirilmiş tədbirlərin Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

