“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda
11.10.2019 [09:19]
“Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib. Konsorsiumun təsis olunması haqqında müqavilə Bakıda keçirilmiş “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və magistral internet provayder “AzerTelecom” şirkəti arasında imzalanıb.
Konfransda çıxış edən “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Konsorsiumun dövlət və özəl sektor arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib. “Konsorsiumun qurulması Azərbaycanın regionda Rəqəmsal Qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verəcək. “AzerTelecom” şirkəti olaraq istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Konsorsiuma dəstəyin verilməsinə hazırıq” - deyə Fuad Allahverdiyev qeyd edib.
“AzerTelecom” şirkətinin rəhbəri həmçinin şirkət tərəfindən Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı barədə danışıb. Bildirilib ki, proqramın məqsədi Azərbaycanın hazırki sahib olduğu enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirmək, iri infrastruktur layihələrini icra etmək və son nəticədə Azərbaycanın İKT sisteminin inkişafı, rəqəmsal ekosistemin formalaşmasına nail olmaqdır.
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılması haqqında 4 tərəfli müqavilə ilk dəfə olaraq Asan İmza vasitəsilə onlayn olaraq imzalanıb. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

