/ / Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
13.12.2019 [10:20]
Dekabrın 11-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı, logistika, sənaye, turizm, maliyyə, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox üzv şirkətin rəhbəri iştirak edib.
İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Şuranın fəaliyyətinə hər cür dəstək göstəriləcəyini bildirib. İqtisadiyyat naziri sahibkarların biznes təşəbbüslərinin dəstəklənəcəyini, ixracın artırılması, strukturunun diversifikasiyası, mal çeşidinin və coğrafiyasının genişləndirilməsi üçün sistemli tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb, İşgüzar Şuranın üzvlərini İqtisadiyyat Nazirliyi ilə daha fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bu təşəbbüsü fəal dəstəkləyib və bu formatın biznesin İqtisadiyyat Nazirliyi ilə effektiv əlaqə yaratmasına imkan verəcəyini vurğulayıb.
Səməd Qurbanov çıxışında il ərzində Şuranın ən əlamətdar tədbirləri, o cümlədən Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə birgə həyata keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyası, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan Rusiya-Azərbaycan işgüzar dialoqu, onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar şuraların geniştərkibli iclası, Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirakı və s. barədə məlumat verib. O, ixtisaslaşmış komissiyaların fəaliyyətinin genişləndirilməsi istiqamətində İşgüzar Şuranın strukturunun gələcək inkişafını diqqətə çatdırıb. Yaxın gələcəkdə maliyyə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış komissiyaların yaradılacağını qeyd edib.
İclas zamanı komissiya sədrləri: “Turizm” - Anar Rəhmanov, “Qida məhsulları və kənd təsərrüfatı” - İsmayıl Orucov, “Logistika” - Natiq Heydərov, “Sertifikasiya və Gömrük prosedurları” - Namiq Tağıyev və şirkət rəhbərləri: “AS Group Investment” - Şahin Mövsümov, “As Prof Logistics” - Cahid Qurbanov çıxışlarında ixtisaslaşdırılmış fəaliyyət sahələrində təklif və təşəbbüslərini təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

