/ / İordaniya səfiri: AZƏRTAC və Petra agentliyi arasında əlaqələrin yeni müstəviyə keçməsini dəstəkləməyə hazırıq
İordaniya səfiri: AZƏRTAC və Petra agentliyi arasında əlaqələrin yeni müstəviyə keçməsini dəstəkləməyə hazırıq
05.02.2020 [09:57]
AZƏRTAC ilə İordaniyanın Petra informasiya agentliyi arasında tərəfdaşlığın yeni müstəviyə keçməsi informasiya və təcrübə mübadiləsini gücləndirə bilər.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Ğoşehin görüşündə iki ölkə arasındakı əlaqələrdən danışılıb, informasiya sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüşdə qeyd edilib ki, Azərbaycan və İordaniya arasında əlaqələrin əsası Ulu Öndər Heydər Əliyev və Kral Hüseyn ibn Təlal tərəfindən qoyulub. “Dövlət başçıları Prezident İlham Əliyev və Kral II Abdullah ibn Al Hüseyn əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə böyük önəm verirlər. İnformasiya sahəsində də əlaqələr möhkəmlənir. AZƏRTAC və Petra 2007-ci ildə tərəfdaşlıq müqaviləsi imzalayıb. Agentliklər ikitərəfli qaydada və beynəlxalq informasiya təşkilatlarında sıx əməkdaşlıq edir. Belə qurumlardan biri də AZƏRTAC-ın Şura üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyidir (UNA). İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafını nəzərə alaraq agentliklərimiz müasir dövrün tələblərinə cavab verən daha yeni müqavilə imzalaya bilər”, - deyə Aslan Aslanov vurğulayıb.
Təkcə Azərbaycanda deyil, dünyada baş verənlərlə bağlı məlumatları AZƏRTAC-dan aldığını deyən Sami Ğoşeh agentliyin xəbərlərinin dəqiqliyi və səlisliyi ilə seçildiyini qeyd edib. “Petra agentliyi ilə əlaqələrin yeni müstəviyə keçməsinə dəstək verməyə hazırıq. AZƏRTAC-ın əməkdaşları İordaniyanı, Petra-nın jurnalistləri isə Azərbaycanı ziyarət edərək maraqlı reportajlar hazırlaya bilərlər. Təcrübə mübadiləsi hər iki tərəf üçün səmərəli olar”, - deyə diplomat bildirib.
Görüşdə səfirə AZƏRTAC-ın informasiya, video və foto xidmətləri barədə məlumat verilib, səfirliyin fəaliyyətinin işıqlandırılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

