“Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfrans keçirilib
12.02.2020 [09:55]
Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfrans keçirilib. Tədbirdə vergi orqanları əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər, onların iqtisadiyyata təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla yeni iş prinsipləri barədə danışıb. Nazir bildirib ki, ötən il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin “kölgə”dən çıxmasına zəmin yaradıb. Bütövlükdə, işgüzar dairələrin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.
İqtisadiyyat naziri vergi sisteminin iqtisadi tənzimlənmədə və sahibkarlığın inkişafında mühüm rol oynadığını qeyd edib, iqtisadi inkişafın işgüzar fəallığa və biznesin çevikliyinə bağlı olduğunu, kiçik və orta biznesin məşğulluqda, davamlı və dayanıqlı iqtisadiyyatda rolunun artırılmasının önəmini vurğulayıb, fəaliyyətində şəffaflığı təmin edən sahibkarlara təşəkkür edib.
M.Cabbarov Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla bir qrup vergi xidməti əməkdaşının təltif edildiyini diqqətə çatdırıb, vergi orqanları əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına xidmətin kollektivi adından minnətdarlığını bildirib.
Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.
Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.
Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.
Konfrans öz işini panel iclasında davam etdirib. İclasda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

