Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib
22.05.2020 [22:25]
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və ABŞ-ın Oklahoma ştatının Kənd Təsərrüfatı naziri Bleyn Artur arasında onlayn görüş keçirilib. Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger, Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Caydev Sinx və USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri iştirak ediblər.
USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri görüşü açaraq, Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinə Palatanın dəstəyinin davam edəcəyini bir daha vurğulayıb.
Görüş zamanı nazirlər Azərbaycan və Oklahoma ştatının kənd təsərrüfatında hazırkı vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparıblar.
İnam Kərimov Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.
Öz növbəsində, Bleyn Artur pandemiyanın ştatın kənd təsərrüfatına təsiri barədə nazir İnam Kərimovu məlumatlandırıb.
Tərəflər qlobal pandemiya kimi çətin dövrlərdə kommunikasiya xətlərinin açıq saxlanılması barədə razılaşıb və tərəfdaşlıq əlaqələrinin spesifik layihələrlə, xüsusilə kənd təsərrüfatında təhsil sahəsində layihələrlə gücləndirməyə hazır olduqlarını ifadə ediblər.
Səfir Örl Litzenberger və səfir Elin Süleymanov Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığa, eləcə də ötən il Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında yaranmış əlaqələrə davamlı dəstəklərini bir daha vurğulayıblar.
Görüş ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyası (USAID/Azərbaycan) arasında ötən ilin aprel ayında imzalanmış tərəfdaşlıq sənədi çərçivəsində təşkil edilib.
Ötən il USACC, USAID/Azərbaycan, Oklahoma ştatının Ticarət və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu təşkil edilib. Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə 18 şirkət və təşkilatdan ibarət ticarət missiya forumda iştirak etmək üçün Oklahoma ştatına səfər edib. Üç gün davam edən foruma 100-dən artıq kənd təsərrüfatı mütəxəssisi və özəl sektor nümayəndələri qatılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

