Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək, iqtisadi hədəflər
07.07.2020 [14:31]
Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni hədəflərə gedən yolda əldə edilmiş ilkin nəticələr müsbətdir.
Yerli istehsalın dəstəklənməsi
Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin eyni rübü ilə müqayisədə 4 faiz artıb. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalıb. Ərzaq məhsullarında daxili istehlakla, o cümlədən idxalla ixrac arasında fərqin əhəmiyyətli dərəcədə azalması müsbət haldır. Azərbaycan hökuməti hazırda yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılmasına çalışır. Ölkəmizə xarici bazarlardan bir çox məhsullar daxil olur. Bu məhsullar arasında ən çox idxal olunan mallar ət, süd, kərə yağı və meyvə-tərəvəzdir. Məsələn, Azərbaycan bitki yağları ilə özünü 48 faiz təmin edir. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Kərə yağı ilə isə 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Əksər hallarda idxal məhsulun istehsalı, emalı və qablaşdırlması üçün cəlb edilən texniki avadanlıqlarla bağlı olur. Halbuki bu imkanların ölkə daxilində yaradılması mümkündür. Bu sahədə görülən işlərin sürətləndirilməsi və sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün onlara yeni imkanlar yaradılıb.
Kreditlər, güzəştlər, tətillər
Azərbaycanda koronavirus pandemiyası şəraitində onun iqtisadiyyata təsiri nəzərə alınaraq dərhal çevik dəstək proqramları həyata keçirilib və sahibkarların dəstəklənməsi istiqamətində yeni alətlər təqdim edilib. Bu alətlərə maddi dəstək, vergi güzəştləri və tətilləri, Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi təkmilləşdirilməsi və sair daxildir. Həmçinin dəstək tədbirlərinin davamı olaraq ölkədə xüsusi vergi rejimi təmin edilib və onlar üçün bizneslərini gözləyən risklər minimuma endirilib. Pandemiya şəraitində sahibkarlığın inkişafı və istehsalın dəstəklənməsi üçün kreditləşmə sistemi təkmilləşdirilib. Belə ki, kreditlərin verilməsində yeni sistem yaradılıb və dövlət zəmanəti ilə sürətli kreditlər təqdim edilib. Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kreditin müddəti daha 2 il uzadılaraq, kiçikhəcmli kreditlər üzrə 3 ildən 5 ilə, ortahəcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb. Kreditlərin əldə edilməsinin asanalaşdırılması üçün sahibkarların girov qoymaq üçün imkanları genişləndirilib və girov kimi əldə etdikləri avadanlıqların göstərilməsi imkanı yaradılıb. İndi sahibkar 3 il müddətinədək müxtəlif banklardan 3 milyon manatadək məbləğində kredit əldə edə bilər. Həm də bu kreditlər üzrə faizlərin yarısını dövlət subsidiyalaşdırır, yəni faizlərin yarısını dövlət sahibkarın yerinə ödəyir. Kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər, yəni güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir. Bu isə sahibkara inkişaf üçün ciddi maliyyə dəstəyidir. Üstəlik krediti əldə etmək üçün sahibkarın evdən çıxmasına ehtiyac yoxdur. Kreditlər elektron formada verilir və bunun üçün ayrıca resurs – https://e-edf.gov.az/ - Elektron Kredit Platforması yaradılıb. Azərbaycanda tətbiq edilən bu sistem sahibkarlar üçün sadə, rahat və şəffaf formada kredit almaq imkanı yaradır.
Perspektivləri dəyərləndirmək zamanıdır
Sahibkarlar bu imkanları yaxşı dəyərləndirməli və indiki şəraitə uyğun bazar araşdırması apararaq vəsaiti perspektivli sahələrə yönəltməlidirlər. Azərbaycan məhsullarının daha da çox istehsal olunması, idxaldan asılılığın azalması, ixracqabiliyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması ölkəmizin orta perspektivdə hədəflərinə daxildir. İdxal məhsullarından asılılığın azaldılması sahibkarlar üçün də faydalıdır. Bunun üçün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti yaxşı nümunədir. Pandemiya dövründə tələbatın yüksək olduğu məhsulla ölkəmizi təmin etmək üçün qısa müddətdə sahibkarlara kreditlər verilib, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunub. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapıb. Üstəlik maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Müəssisənin istehsal etdiyi məhsullar geniş təqdim olunur və daxili bazarı təmin etməklə yanaşı xarici bazarlara da çıxır. Bu o deməkdir ki, yerli istehsala dəstək sayəsində ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yerli istehsal müəssisələrinin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi üçün də faydalıdır. Göründüyü kimi, idxalı əvəz edən və ixracyönümlü yerli istehsalın yaradılması vətəndaşların işlə təminatına ciddi təkan verir.
Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir. Sahibkarlıq üçün yaradılmış mühit sabit, şəffaf və hüquqların təmin olunduğu müstəvidir. Bu alətləri düzgün istiqamətləndirmək, iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühiti yaratmaq isə sahibkarların fəaliyyətinə bağlıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

