“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu başlayıb
06.08.2020 [09:26]
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumuna start verilib.
AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.
Forumun açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Könüllülük hərəkatının inkişafına dövlət dəstəyinin gənclərin bu sahəyə marağını daha da artırdığını deyən nazir İnam Kərimov ölkədə müxtəlif sahələr üzrə könüllülük təşkilatlarının təsis olunmasını, könüllülük təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiya edilməsini müsbət hal adlandırıb.
Nazir bildirib ki, Aqrar İnkişaf Könüllüləri müxtəlif bölgələrdə məktəblilər arasında maarifləndirmə işləri aparır, gənclər arasında aqrar təhsilə marağı artırmağa çalışır: “Son iki ildə Aqrar İnkişaf Könüllüləri 40-dək layihə həyata keçirib. Bu layihələr gənclərin kənd təsərrüfatının müxtəlif sahələrinə marağını artırır, aqrar sektorun dinamik inkişafını təmin edəcək kadr potensialının formalaşmasına təsir göstərir”.
Nazir İnam Kərimov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Aqrar təhsilin əhəmiyyəti”, FAO-Azərbaycan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov “Ərzaq təhlükəsizliyi”, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Aqrar sahədə məlumat bazası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu üç gün davam edəcək. Növbəti günlərdə forumda Aqrar Kredit və inkişaf Agentliyinin sədri Mirzə Əliyev “Aqrar sahədə maliyyə mexanizmləri”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov “Aqrar innovasiyalar”, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov “Aqrar sahədə həmkarlar təşkilatının fəaliyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev “Aqrar sahədə insan resurslarının idarə edilməsi”, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev “Aqrar iqtisadiyyat”, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı isə “Gənc menecerlərin aqrar sahəyə cəlbi” mövzusunda çıxış edəcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

