/ / Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Alibaba Group” arasında əməkdaşlıq imkanları müzakirə edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Alibaba Group” arasında əməkdaşlıq imkanları müzakirə edilib
02.09.2020 [09:12]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə videobağlantı formatında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşə Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.
“Alibaba Group” şirkətini Qloballaşma Ofisinin baş direktoru Sami Fərhad, Beynəlxalq hökumət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Laurie Luo, direktor müavini, Rəqəmsal ictimai sektorun baş meneceri Şi Feng, Xarici əlaqələr, “Tmall” idxal və ixrac üzrə direktor müavini Tony Çen təmsil ediblər.
Videotədbirdə nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Ölkəmizdə internetin inkişafı haqqında məlumat verən Ramin Quluzadə bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, əhalinin İKT biliklərinin artırılması, elektron xidmətlərdən istifadənin təşviq edilməsi üzrə müxtəlif layihələr icra olunur.
“Eyni zamanda, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası qəbul olunub”, - deyə Ramin Quluzadə qeyd edib.
Nazir bildirib ki, 2016-cı ildən “Azərpoçt” MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində 2016-cı ildən “Azərpoçt” MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.
Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.
“Alibaba Group”un nümayəndəsi tərəfindən şirkətin “Alibaba Cloud Computing” və “Tmall.com” bölmələri üzrə təqdimat olunub.
Qeyd edək ki, “Alibaba Group” şirkəti elektron ödəmə xidmətləri, alış-veriş axtarış motorları və “bulud” hesablama xidmətləri də daxil olmaqla, istehlakçıdan istehlakçıya (C2C), biznesdən istehlakçıya (B2C) və veb-portallar vasitəsilə biznesdən biznesə (B2B) satış xidmətləri təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

