Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əhalinin borc yükü azalacaq

Əhalinin borc yükü azalacaq

16.10.2021 [19:07]

İqtisadçı-ekspert: Əhalinin sosial rifahı dayanıqlı şəkildə təmin ediləcək    

 "COVID-19 pandemiyası dünya iqtisadiyyatında ciddi struktur böhran yaratmış və bunun nəticəsində ölkələrdə müəyyən sosial-iqtisadi geriləmələr yaranmışdır. Azərbaycan bu pandemiyada  iqtisadi böhranla qarşılaşmadı. Bunun başlıca səbəbi dövlətimiz tərəfindən pandemiya zamanı mühüm addımların atılmasıdır. Belə ki, pandemiyadan zərərçəkmiş vətəndaşlara müəyyən yardımların göstərilməsi, kredit güzəştlərinin tətbiq edilməsi qeyd olunan önəmli tədbirlərin bariz nümunəsidir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm iştirakçısıdır. Bu səbəbdən dünya bazarında əmtəə və xidmətlərin qalxması Azərbaycanda idxal məhsullarının qiymətinin artması ilə nəticələnir ki, bu da öz növbəsində əhalinin sosial-rifahına müəyyən qədər təsir göstərir".

Bu fikirləri "yeniazerbaycan.com"a UNEC Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə deyib. 

O qeyd edib ki, əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dünya iqtisadiyyatında mövcud olan yeni reallıqlar çərçivəsində əhalinin sosial rifahını dayanıqlı təmin edəcəkdir: "Bu sərəncamın imzalanması nəticəsində həm dünya bazarlarında qiymət artımının fəsadları aradan qalxacaq, həm əhalinin borc yükündə müəyyən azalmalar olacaqdır. Qeyd etmək lazımdır ki, borc yükünün azalması bankların daha dayanıqlı inkişafına səbəb olacaqdır ki, bu da öz növbəsində ölkənin maliyyə sektorunun da canlanması ilə nəticələnəcəkdir. Bütövlükdə deyə bilərik ki, bu sərəncam həm sosial, həm də iqtisadi inkişafın daha dayanıqlı forma almasını şərtləndirəcəkdir".

Paylaş
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31