Azər Badamov: 2022-ci ilin dövlət büdcəsi əhəmiyyətli şəkildə sosialyönümlülüyünü qoruyacaq
17.10.2021 [13:53]
"Ölkəmizdə həyata keçirilən dövlət siyasəti vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Cənab Prezidentimiz hər zaman bildirib ki, bizim dövlət siyasətimizin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Bu baxımdan, atılan addımlar, aparılan islahatlar birmənalı şəkildə vətəndaşların gəlirlərinin artırılmasına istiqamətlənib. Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı da məhz bu qəbildəndir".
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Sərəncamda əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı gələn il üçün dövlət büdcəsi layihəsinə müvafiq təkliflərin hazırlanıb təqdim edilməsi nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, 2022-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi əhəmiyyətli şəkildə sosialyönümlülüyünü qoruyacaq: "Azərbaycanda bu kimi addımlar mütəmadi xarakter daşıyır. 2019-cu ildə vətəndaşların sosial rifahının yüksəldilməsi üçün iki sosial islahat zərfi qəbul olunaraq icra edilmişdi. Bunun nəticəsində isə müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faizi, əmək pensiyasının minimum məbləğinin isə 72 faizi artmışdı. Bu islahat nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqında 39 faiz artım müşahidə olunmuşdu. Bu islahatlar pandemiya dövründə də davam etdirilib," – deyən millət vəkili əlavə edib ki, dünyada gedən bir sıra iqtisadi-siyasi proseslər qlobal miqyasda bazar qiymətlərinin artımına, idxal olunan məhsulların əmtəə göstəricilərinin yüksəlməsinə yol açıb. Bu baxımdan, 2022-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində müvafiq olaraq əməkhaqqlarının və pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanması ortaya çıxa biləcək problemlərin həllində əsaslı rola malik olacaq.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

