Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əsli Kazımova: Yeni tariflər enerji strukturlarının büdcədən asılılığını minimuma endirəcək

Əsli Kazımova: Yeni tariflər enerji strukturlarının büdcədən asılılığını minimuma endirəcək

17.10.2021 [14:13]

"Dövlətin apardığı iqtisadi siyasətin əsasında sosialyönümlülük hər zaman öz prioritetliyini qoruyub. Bu mənada aparılan islahatlar, yeniliklər birmənalı şəkildə sosial layihələrin həllinə yeni imkanlar yaradır. Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsi ilə bağlı qərarı da qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalmasına xidmət göstərəcək. Bu büdcə vəsaiti isə sosialyönümlü tədbirlərə yönləndiriləcək. Tarif tənzimlənməsi həm də Azərbaycanda alternativ enerji istehsalının imkanlarının genişləndirilməsində mühüm rol oynaya bilər. Bu gün dünyada populyarlıq qazanmış, iqtisadi və ekoloji cəhətdən əlverişli sayılan alternativ enerji imkanlarının artması həm əhalinin, həm də qeyri-əhali sektorunun qaz əsaslı enerji istehlakından asılılığını azaldacaq"

Bu fikirləri yeniazebaycan.com-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, iqtisadçı Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu dəyişiklik həm də müvafiq dövlət strukturlarının rentabelli işləməsində mühüm rol oynaya bilər: "2022-ci ilin dövlət büdcəsində sosial yönümlü layihələrin icrası məsələsi mühüm prioritetlərdəndir. Qiymətlərdə aparılan bu cüzi dəyişikliklər isə müvafiq enerji strukturlarının büdcədən asılılığını minimuma endirəcək. Bu həm də əldə olunacaq əlavə gəlirin digər prioritet sahələrə və fəaliyyət istiqamətlərinə yönləndirilməsi üçün imkanlar yaradır".

Ə. Kazımova onu da əlavə edib ki, postpandemiya dövründə iqtisadi aktivliyin sürətli artımı elektrik enerjisinin istehlakını da artırıb. Bu baxımdan, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib: "Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini yenə də qoruyub saxlamaqdadır. Əhali kateqoriyası üçün aylıq istehlakın 200 kilovat/saatına qədər qiymətlər 8 qəpikdən hesablanacaq. Burada fərq cəmisi bir qəpikdir. Qeyri-əhali abonentləri isə ticarət, xidmət və digər olmaqla kateqoriyalara bölünüb. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”. İnanıram ki, bu dəyişiklik sözügedən strukturların iqtisadi imkanlarının genişlənməsinə və bu sahələrin büdcə asılılığının minimuma düşməsinə şərait yaradacaq".

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31