Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azad edilmiş ərazilərdə məşğulluqla bağlı plan hazırlanır

Azad edilmiş ərazilərdə məşğulluqla bağlı plan hazırlanır

12.11.2021 [18:26]

"Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır".

“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu repatriasiya planının hazırlanması üçün işçi qrup var və burada bütün seqmentlər nəzərə alınacaq.

Nazir deyib ki, Zeynal Nağdəliyevin rəhbərliyi ilə yaradılan işçi qrup onlar üçün ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxır: “Biz də işçi qrupun üzvüyük. Həmçinin ağıllı kəndlərin daxilində smart dost guşələrinin qurulması belə müzakirə edilir. Yəni sırf ev tikib kimisə oraya aparmağı düşünmürük. Onların məşğulluğu nəzərə alınacaq”.

Paylaş
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31