Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kölgə iqtisadiyyatına yox, “ağ iqtisadiyyat”a hə

Kölgə iqtisadiyyatına yox, “ağ iqtisadiyyat”a hə

16.11.2021 [10:10]

“Ağ iqtisadiyyat”a keçid: Rəqəmlər nə deyir?

Ölkənin inkişafı, qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün, ilk növbədə, güclü iqtisadiyyat qurulmalıdır. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, milli iqtisadiyyatın dayanıqlılıq və rəqabət qabiliyyətinin artırılması üçün fundamental əsaslar yaradılması istiqamətində ciddi tədbirlər həyata keçirir. Bu məqsədlə aparılan islahatlar ona hədəflənib ki, Azərbaycan iqtisadiyyatının qlobal risklərə müqavimət gücü daha da artsın və respublikamız inkişafın ardıcıllığını bundan sonra da təmin edə bilsin.

Ölkədə “kölgə iqtisadiyyatı”na yer yoxdur

Son illərdə Azərbaycan həyatın bütün sahələrində şəffaflığın təmin olunması istiqamətində qətiyyətli addımlar atır. O cümlədən milli iqtisadiyyatımızda həyata keçirilən yeni nəsil islahatların böyük bir qismi bu sahədə neqativlərin aradan qaldırılmasına, kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da daraldılmasına  hədəflənib. Ölkədə genişməzmunlu yeni nəsil islahatlar aparıldığı indiki vaxtda kölgə iqtisadiyyatının mövcud olması ilə əsla barışmaq mümkün deyil. Kölgə iqtisadiyyatının mövcud olması liberal iqtisadiyyat prinsipləri ilə daban-dabana ziddir və respublikamızda rəqabət mühitinə mənfi təsir göstərir.  Sirr deyil ki, kölgə iqtisadiyyatında iki tərəf var - dövlət nəzarətindən kənarda qalmağa çalışan, real dövriyyəsini gizlədən “sahibkarlar” və qulluq mövqeyindən sui-istifadə edərək belələrinin “himayəçisinə” çevrilən ayrı-ayrı məmurlar. Bəzi hallarda yerli və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları sahibkarların fəaliyyətinə hansısa bir formada əngəllər yaratmağa çalışaraq özlərinin korporativ maraqlarını təmin etmək istəyirlər. Biz az müşahidə etməmişik: Sahibkar hansısa bir layihəsinin icrasına başlamaq, fəaliyyətini genişləndirmək istəyir, lakin ayrı-ayrı məmurlar ona kömək əli uzatmaq  əvəzinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iş adamına maneçilik törədirlər. Təəssüf ki, kölgə iqtisadiyyatı ilə bağlı narahatlıq yaradan məsələlər yalnız məmur özbaşınalığı ilə bağlı deyil. Etiraf etmək lazımdır ki, bir sıra hallarda neqativlərin yaranmasında sahibkarların özləri də hansısa formada iştirak edirlər. Götürək elə bəzi sahibkarların fəaliyyətlərini qanunvericilikdən yan keçməklə qurmaq cəhdlərini. Açıq deyək, bəzi sahibkarların özləri əliəyri məmurlarla sövdələşmələrə girirlər, ayrı-ayrı hallarda hesabatlarını gizlədirlər, vergiləri tam şəkildə ödəməkdən yayınırlar. Prezident İlham Əliyevin birmənalı mövqeyi belədir ki, bu cür hallara birdəfəlik son qoyulmalıdır. Dövlət başçımız müxtəlif auditoriyalardakı çıxışlarında çağırış edərək bildirib ki, sahibkarlar dövriyyələrini gizlətməməli, vergiləri tam şəkildə ödəməli, həmçinin məmurlar da sahibkarlara qarşı qeyri-qanuni tələblərinə son qoymalıdırlar.

Ölkəmizdə kölgə iqtisadiyyatına qarşı mübarizə müxtəlif platformalarda həyata keçirilir. Burada son illərdə Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan institusional islahatların, daha təşəbbüskar kadrların yüksək vəzifələrə irəli çəkilməsinin rolu kifayət qədər böyükdür. Artıq respublikamızda gözəl ənənə formalaşıb: Prezident İlham Əliyev vəzifələrə yeni təyin etdiyi məmurları şəxsən qəbul edərək onlara Özünün tövsiyələrini verir. Bu qəbullarda dövlət başçısı tələblərini birmənalı şəkildə dilə gətirir - məmurlar təmiz işləməli, yerlərdə sahibkarların fəaliyyətinə dəstək verməli, investisiyaların cəlb olunmasında fəallıq göstərməlidirlər.

İnkişafımıza, ölkənin imicinə xələl gətirən neqativlərə və bu neqativlərin yaranmasına rəvac verən məmurlara qarşı, həmçinin sərt cəza tədbirləri görülür. Öz fəaliyyətlərində korporativ maraqlardan çıxış edən, yerlərdə insanları, sahibkarları incidən, vəsaitləri talayan məmurlar tutduqları vəzifələrdən azad edilərək məsuliyyətə cəlb olunurlar.

İqtisadiyyatımızda şəffaflaşma meyIllərinin güclənməsi və idarəetmədə rəqəmsal texnologiyaların tətbiqinin əhatə dairəsinin genişləndirilməsi öz müsbət təsirini göstərir. Ölkə üzrə müxtəlif xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya edilməsi sahibkar - məmur təmaslarını minimuma endirib. Sahibkarların müxtəlif məsələlərlə bağlı dövlət orqanlarına onlayn qaydada müraciətləri real vaxt rejimində cavablandırılır və burada hər hansı bir təmənnadan, qanun pozuntusundan söhbət belə gedə bilməz. Məsələn, əvvəllər sahibkarlar onlara məxsus təsərrüfat subyektlərinin elektrik enerjisi, “mavi yanacaq”, su və digər şəbəkələrə qoşulmasını təmin etməkdən ötrü sözün əsl mənasında süründürməçiliklə üzləşirdilər. Artıq belə hallara çox az rast gəlinir. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sahibkarların qeydiyyata alınma, onların müxtəlif xidmətlərə əlçatanlığının təmin olunması və bu kimi digər göstəricilərə görə bütün dünyada öncül mövqeləri bölüşür.

“Ağ iqtisadiyyat”a keçidin bəhrələri

Bütün ölkə b?y?nca kölgə iqtisadiyyatına qarşı müxtəlif platformalarda aparılan mübarizə tədbirləri öz müsbət nəticələrini verir. “Ağ iqtisadiyyat”a keçidin bəhrələrini rəqəmlərdə aydın şəkildə görmək mümküdür. 2021-ci ilin on ayı ərzində ölkə üzrə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 654 min 465 nəfər təşkil edib. Aktiv təsərrüfat subyektlərinin sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 180 min 292 ədədə çatıb. Vergi ödəyicilərinin və aktiv təsərrüfat subyektlərinin sayının artması sahibkarların leqal fəaliyyətə üstünlük verdiklərini bir daha təsdiqləyir. Paralel şəkildə vergi ödəmələrində artımlar müşahidə edilir. Dövlət Vergi Xidməti (DVX) tərəfindən təsərrüfat subyektlərinin vergiyə cəlb olunmalarında şəffaflığın təmin edilməsi məqsədilə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 49 min 548 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə müasir NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Bunun nəticəsidir k?, 2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Bütövlükdə, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub, proqnoza 115,9 faiz əməl edilib. Dövlət Vergi Xidmətinin məlumatına əsasən,   dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9 faiz və ya 616,5 milyon manat artıb.

Əmək müqavilələrinin sayının artması “ağ iqtisadiyyat”a keçidin daha bir təsdiqidir

Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə kölgə iqtisadiyyatının əhatə dairəsinin daraldılması istiqamətində daha bir mühüm addım atıldı - əmək münasibətlərinin kütləvi şəkildə rəsmiləşdirilməsinə başlanıldı. Qeyd edək ki, əmək münasibətlərinin leqallaşdırılması, ilk növbədə, milyonlarla muz?la çalışan işçinin mənafeyinə uyğundur. Əvvəllər bir sıra işəgötürənlər muz?lu işçiləri üçün məcburi dövlət sosial sığorta ödənişlərini aparmamaq naminə müxtəlif əyri yollara əl atırdılar, o cümlədən hesabatlarda işçilərin sayını azaltmaqla özlərinin maliyyə vəsaitlərinə “qənaət” edirdilər. Bu, əslində, sosial sığorta ödənişi aparılmayan muzdlu işçinin gələcəkdə pensiya almaq hüququnun pozulması deməkdir. 2019-c? ildən etibarən həm inzibati, həm də təşviq tədbirləri sayəsində sosial sığorta ödənişlərinin aparılmasına münasibət dəyişdi. İndi ölkəmizdə elə bir optimal çərçivə müəyyənləşdirilib ki, həm işəgötürənlər, həm də muzdlu işçilərin özləri əmək münasibətlərinin rəsmiləşdirilməsində maraqlıdırlar. Bunu, hətta pandemiya şəraitində bağlanan əmək müqavilələrinin sayının artması bir daha təsdiqləyir. Cari il noyabrın 1-nə olan vəziyyətə görə, qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766 min 593 ədəd olub ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226 min 671 ədəd çoxdur. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

Mübariz

 

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30