Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropada qazın qiyməti min kubmetr üçün 1700 dolları ötüb

Avropada qazın qiyməti min kubmetr üçün 1700 dolları ötüb

20.12.2021 [14:43]

Avropada qazın qiyməti yenidən bahalaşıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Londonun ICE birjasının məlumatlarına əsasən, Avropada qaz fyuçerslərinin qiyməti ticarətin əvvəlində 1700 dollar həddini keçib. Ticarət gününün açılışında Hollandiyanın TTF indeksinə əsasən yanvar ayı tədarüklərinin dəyəri 1740 dollara çatıb ki, bu da cümə günü təxmin edilən qiymətdən (təxminən 1600 dollar) 8,7 faiz çoxdur.

Xatırladaq ki, təbii yanacağın qiyməti ötən yaz fəslinin  ikinci yarısından tədricən bahalaşıb, lakin artıq payızın əvvəlində qiymətlər kəskin şəkildə qalxıb və oktyabrın 6-da 1900 dollar həddini keçərək tarixi rekorda imza atıb. Mütəxəssislər bunu bir neçə amilin təsiri ilə əlaqələndiriblər: Avropanın yeraltı qaz anbarlarının aşağı səviyyədə doldurulması, əsas təchizatçılardan tədarükün azalması və Asiyada təbii qaza yüksək tələbat.

Qeyd edək ki, xüsusilə dekabr ayında bir neçə kəskin sıçrayış olub, onların əksəriyyəti “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması ilə bağlı çətinliklər və Almaniya hakimiyyətinin bu yöndə bəyanatları ilə bağlı olub.

Paylaş
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31