Türkiyə Qarabağda "yaşıl enerji"nin tətbiqində iştirakda maraqlıdır
22.12.2021 [15:28]
"İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq".
"Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.
Fatih Dönməz öz çıxışında xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib.
Ölkəmizin Vətən müharibəsindəki qələbəsinə diqqət çəkən türkiyəli nazir deyib: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".
Onun sözlərinə görə, indiyədək bir araya gətirilən uğurlu əməkdaşlıqlar yeni imkanları şaxələndirmək və qiymətləndirmək üçün böyük həvəs verir: "Məlum olduğu kimi, biz Bakı-Tbilisi-Ərzurum (BTE), Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi iri infrastruktur layihələri ilə nümunəvi əməkdaşlıq ruhu ilə çıxış edərək regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Ötən ildə dəyərli həmkarım Pərviz Şahbazovla İğdır-Naxçıvan təbii qaz xətti üçün anlaşma memorandumu imzaladıq. Bu məqamda SOCAR və BOTAŞ-a işlərini ən qısa zamanda başa çatdırmağı arzu edirik. Texniki detallar həll olunandan sonra biz bu kəməri mümkün qədər qısa müddətdə inşasını planlaşdırırıq. Ötən aylarda biz Bakı-Tbilisi-Ərzurum xəttindən gələcək təbii qazla bağlı müqavilə imzaladıq. Bir daha qeyd etmək istəyirəm ki, biz bu sazişdən çox məmnunuq".
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

