Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya reytinqində ilk üçlükdə...

Dünya reytinqində ilk üçlükdə...

30.12.2021 [10:31]

“GALLUP International”: Azərbaycan dünyada iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdəndir

MÜŞFİQƏ

Azərbaycan dünyada ən yüksək iqtisadi ümid indeksinə malik olan ölkələrdəndir. Bu barədə Nüfuzlu “Gallup İnternational” təşkilatının yaydığı məlumatda deyilir. Məlumata əsasən, Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, təşkilat iqtisadi ümid indeksində Azərbaycanın mövqeyini 65 balla ilk üçlükdə qiymətləndirib. Bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarı nəticədir. Eyni zamanda, bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı 3-cü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Son illərdə xüsusilə də inkişafda olan ölkələrdə iqtisadi ümid indekslərinin davamlı olaraq artdığı müşahidə olunmaqdadır. Bir sıra ölkələrdə müxtəlif dolayı səbəblər (müharibə, təbii fəlakət, siyasi böhranlar və s.) vətəndaşların gələcəyə iqtisadi ümid gözləntilərini xeyli azaldıb. Hazırda siyası böhranların davam etdiyi regionların iqtisadi ümid indekslərinin xeyli aşağı olması da diqqəti cəlb edir.

İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Bu indeksin metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür. Lakin aydındır ki, gələcəyə bağlı gözləntilər məhz cari situativ vəziyyət əsasında formalaşır. Bu baxımdan, indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikası hesab oluna bilər.

Azərbaycanın mövcud indeks üzrə postmüharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri əks etdirir. Bundan əlavə, Azərbaycan 2021-ci ildə İrs Fondunun hazırladığı “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkə bu il “Davamlı inkişaf hesabatı 2021” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 55-ci pillədə mövqe tutub. Eyni zamanda, Azərbaycan cari ildə açıqlanmış digər reytinq hesabatlarında da mühüm yer tutub. Nümunə üçün qeyd edək ki, “Global Firepower” təşkilatının “Potensial Hərbi Güc 2021” reytinq siyahısında Azərbaycan bu il 63-cü mövqedə qərarlaşıb.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bundan öncə beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğularda da Azərbaycan məhz iqtisadi inkişaf, eləcə də sosial təminat baxımından ümid indeksində öndə olan ölkələrdən idi. Onun sözlərinə görə, iqtisadi inkişaf indeksində də Azərbaycanın mövqeyində ciddi irəliləyişlər var: “İqtisadi ümid indeksində Azərbaycanın mövqeyinin yüksək olması və daha da yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Bildiyiniz kimi, mütəmadi olaraq sosial paketlər reallaşır. 2022-ci ildə də belə bir sosial paket reallaşacaq. Son 3 ildə həm minimum pensiya, həm də minimum əməkhaqqı iki dəfədən çox artıb. Bu da, nəticə etibarilə, sosial təminat sisteminin güclənməsindən xəbər verir”.

İqtisadçı-ekspert torpaqlarımızın işğaldan azad olunmasını, həmin ərazilərimizdə bərpa-yenidənqurma işlərinin aparılmasını da bütövlükdə iqtisadi ümidə təsir göstərən faktorlardan biri kimi qiymətləndirib: “Artıq böyük quruculuq işlərinə başlanılıb. Bu da həmin ərazilərimizin iqtisadi potensialının reallaşması baxımından vacibdir. Sözsüz ki, pandemiyanın təsirlərinə baxmayaraq, iqtisadi artım tempinin bərpa edilməsi də yüksək iqtisadi inkişafa ümidi daha da artırır. Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət ölkə vətəndaşları arasında yüksək iqtisadi inkişafa ümidin artmasına gətirib çıxarır”.

 

Paylaş
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31