Zəngəzur dəhlizinə doğru daha bir addım
15.01.2022 [00:17]
M. Abdullayev
Azərbaycanın əsas hissəsi ilə üç onillik ərzində blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasına doğru daha bir önəmli addım atılıb. Belə ki, bəhs olunan yeni nəqliyyat bağlantısının Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Hazırda həmin yol ilə yük qatarlarının hərəkəti təmin edilir. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolunun təməli Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il fevralın 14-də qoyulub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Daşımalar üçün yeni imkanlar
44 günlük müharibə başa çatandan dərhal sonra Azərbaycan işğaldan azad edilən ərazilərin bərpasına start verdi. Güclü dövlət olan Azərbaycan bəhs olunan ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə və mümkün qədər tez bir zaman kəsiyində həyata keçirmək əzmindədir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunması 2030-cu ilədək dövrü əhatə edən yeni strateji mərhələdə ölkəmizin beş əsas prioritetindən biri kimi müəyyənləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün burada zəruri infrastrukturun yaradılması və işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış yaşayış məntəqələrinin bərpası istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Təxminən 10 min kvadratkilometrədək ərazi böyük tikinti meydanına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ötən il işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan tikinti-bərpa layihələrinin icrasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı. 2022-ci ildə də eyni məqsədlər üçün büdcədən ötənilki qədər vəsaitin ayrılması proqnozlaşdırılıb.
Ötən bir ildə işğaldan azad olunmuş ərazilərdə bir sıra önəmli layihələrin icrası tamamlanıb. Füzuli Hava Limanının, Zəfər yolunun, çoxlu sayda enerji infrastrukturunun istifadəyə verilməsi deyilənlərə misaldır. Eyni zamanda, yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Bu isə işğaldan azad olunmuş ərazilərə böyük həcmdə tikinti materiallarının daşınması deməkdir. İndiyədək inşaatçıların təchizatı əsasən avtomobil daşımaları ilə həyata keçirilirdi. Hazırda isə bu imkanlar genişlənib. Belə ki, yüklərin daşınmasını hər cür təyyarəni qəbul etmək imkanına malik olan Füzuli Beynəlxalq Hava Limanı vasitəsi ilə də həyata keçirmək mümkündür. Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsinin istifadəyə verilməsi ilə paytaxt Bakıdan və ölkənin digər bölgələrindən bəhs olunan ərazilərə yüklərin həm də dəmir yolu ilə daşınmasına imkanlar yaranıb. Mütəxəssislərin də bildirdikləri kimi, dəmir yolu ilə daşımaların həyata keçirilməsi ucuz başa gəlir və daha səmərəlidir. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında dəmir yolu xəttinin inşasının sürətlə aparıldığını bildirib: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər. İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər”.
Yeni dəmir yolunun region üçün strateji önəmi
Zəngəzur dəhlizi avtomobil və dəmir yolları kimi iki mühüm seqmentdən ibarət olacaq. Məğlub Ermənistan əvvəllər bəhs olunan dəhlizin yaradılmasını əngəlləməyə çalışsa da, artıq reallıqla barışıb. Bu ölkənin baş naziri Nikol Paşinyan ötən ilin son aylarında baş tutan Soçi və Brüssel görüşlərindən sonra Zəngəzur dəhlizinin dəmir yolu seqmenti ilə bağlı məsələlərin razılaşdırıldığını və yaxın vaxtlarda Ermənistan ərazisində yeni infrastruktur obyektinin tikintisinə başlanılacağını açıq mətnlə dilə gətirdi. Avtomobil yoluna gəldikdə isə, hələlik onun marşrutu tam dəqiqləşdirilməyib.
Zəngəzur dəhlizinin yaradılması yalnız Naxçıvanın blokadasına son qoyulması baxımından önəmli deyil. Yeni dəhlizin yaradılması ilə Azərbaycanın regionda strateji önəmini daha da artıracaq. Bu xüsusda fikirlərini ifadə edən Vüqar Bayramov bildirib: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdır. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Yeni dəhliz Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, bu, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin olunması baxımından əhəmiyyətli olacaq”.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
