Onlar Azərbaycana etibar edirlər
05.04.2022 [10:13]
AİB 36 milyard dollar təklif edir
Mübariz ABDULLAYEV
Azərbaycanda beynəlxalq maliyyə qurumlarının və xarici şirkətlərin investisiyaları hesabına reallaşdırılan layihələrin sayı atmaqdadır. Belə layihələrdən biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən respublikamızda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasıdır. Prezident İlham Əliyevin iştirakı ilə mart ayının 15-də təməli qoyulan GES-in tikintisi layihənin maliyyə təminatı da öz həllini tapmaq üzrədir. Belə ki, Asiya İnkişaf Bankı ölkəmizdə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə 35,7 mln. ABŞ dolları həcmində üstün hüquqa malik kredit təklif edir.
Ölkənin yüksək investisiya cəlbediciliyi
Nüfuzlu maliyyə qurumunun növbəti dəfə Azərbaycanda reallaşdırılan irimiqyaslı layihəyə investisiya yönəltmək təklifi ilə çıxış etməsi ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanda ölkənin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyən məqsədyönlü siyasət həyata keçirilir. Sərmayələrin qorunması məqsədilə yaradılan mükəmməl qanunvericilik bazası, investisiya təşviqi mexanizminin işə salınması, eləcə də daxili sabitlik, iqtidar-xalq həmrəyliyi, yüksək səviyyəli infrastruktur, Şimal-Cənub, Şərq-Qərb kimi əlverişli tranzit marşrutları Azərbaycana investorların inamını artıran amillər qismində çıxış edir. Üç onilliyi əhatə edən qısa müstəqillik tarixində müxtəlif mənbələrdən 300 milyard dollaradək sərmayələr yönəldilməsi respublikamızda investisiya iqliminin kifayət qədər cəlbedici olduğunu əyani şəkildə təsdiqləyir. Daxili və xarici mənbələrdən milli iqtisadiyyatımıza investisiya qoyuluşunun əhatə dairəsi də kifayət qədər genişdir. Bura həm neft sənayesi, həm də qeyri-neft sektoru aiddir.
Elektrik enerjisi sektoruna yönəldilən sərmayələr
Respublikamızda fəal şəkildə sərmayələr yönəldilən istiqamətlərdən biri də enerji sektorudur. Son 18 ildə Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və böyük həcmlərdə dövlət investisiya qoyuluşu sayəsində özünün generasiya güclərini əhəmiyyətli dərəcədə artırıb və enerji idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib.
Ölkəmizin generasiya güclərinin artırılmasını hədəfləyən siyasəti ardıcıl səciyyə daşıyır. Bunun təsdiqi üçün təkcə cari ilin statistikasına nəzər salmaq kifayətdir. Yanvar ayında yenə də Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyası istifadəyə verilib.
Ötən ay təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının layihə gücü 230 meqavata bərabərdir. AİB-nın bəhs olunan investisiya təklifi bankın 2030-cu il Strategiyasına aid üç əməliyyat prioritetini dəstəkləyir. Bunlar iqlim dəyişikliyi ilə mübarizə, iqlim və fəlakətlərə davamlılığın yaradılması və ekoloji dayanıqlılığın yaxşılaşdırılması prioritetləridir. Layihə, eyni zamanda, qeyri-neft özəl sektorunun inkişafını dəstəkləməklə və maliyyəyə çıxışı yaxşılaşdırmaqla Azərbaycanın neft ixracından asılılığını azaltmağa və iqtisadi dayanıqlığı yaxşılaşdırmağa kömək etmək üçün AİB-in 2019-2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyasına töhfə verir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

