Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İlham Əliyevin sosial intibah salnaməsi

İlham Əliyevin sosial intibah salnaməsi

15.04.2022 [09:59]

2018-ci il Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə yadda qaldı. Həmin ilin ən böyük hadisəsi Cənab İlham Əliyevin prezident seçkilərində növbəti dəfə qələbə qazanması oldu. Həmin il aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə Cənab İlham Əliyevin seçicilərin 86,02 faizinin dəstəyini qazanması və növbəti müddətə Prezident seçilməsi Azərbaycan cəmiyyətinin öz rəhbərinə və ölkədə həyata keçirilən siyasi kursa sarsılmaz inam və rəğbətini təsdiqlədi. Sözsüz ki, bu qarşısıalınmaz siyasi gerçəkliyin təməlində Cənab İlham Əliyevin əvvəlki illərdə misilsiz əvəzolunmaz fəaliyyəti, müdrik istedadı sayəsində gerçəkləşdirdiyi nəhəng layihələr, eyni zamanda, iqtisadi və sosial sahələrdə konkret əsaslı nəticələrlə xarakterizə edilən rifah göstəriciləri və digər çoxsaylı qazanılan möhtəşəm uğurlar dayanırdı.

Elbrus Cəfərli

2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Möhtərəm Prezident bildirmişdi ki, hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Cənab İlham Əliyevin 4-cü Prezidentlik fəaliyyəti islahatların həm məzmun, həm də keyfiyyət baxımından yeni mərhələyə daxil olması ilə səciyyələndirilə bilər. 2017-ci ilin sonlarından etibarən post-neft dövrünün çağırışlarına uyğun olaraq əhəmiyyətli transformasiya mərhələsinə qədəm qoymuş Azərbaycan iqtisadiyyatı 2018-ci ildə yeni keyfiyyət meyarlarını meydana çıxarmış, siyasi, iqtisadi, sosial və idarəetmənin bütün sahələrində əsaslı dəyişikliklərin aparılmasını qaçılmaz etmişdir. Bu baxımdan, həmin ildən etibarən ölkəmizdə genişmiqyaslı institusional islahatların yeni dalğası başlanmışdır.

Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Ölkəmizin artan iqtisadi və maliyyə imkanları, ilk növbədə, sosial müdafiə və təminat, əməkhaqqı artımlarına yönəldilir. Ölkə başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Köklü sosial islahatlar nəticəsində ötən 4 ildə sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib.

Əlbəttə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının siyasətinin ana xəttini təşkil edir. Bu məqsədlə Cənab Prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olunub. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi.

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə  də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub.

Beləliklə, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı  2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

 “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları sırasında sözsüz ki, sosial paketlərin qəbulunu xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin fevralın 25-də imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən, 2019-cu ilin əvvəllərindən birinci sosial paket icra edildi və müxtəlif sosial kateqoriyalar üzrə əhalinin sosial müavinətlərinin məbləği artırıldı. Yəni 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı. İlk sosial paket çərçivəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Bu, 600 min işçinin əmək haqqının artmasına imkan verdi. Eyni zamanda, məcburi köçkünlərə verilən aylıq yardımın məbləği 50 faiz artırılaraq 40 manatdan 60 manata qaldırıldı. Həmçinin tələbələrin müavinətləri, digər şəxslərin təqaüdəri təxminən 30-40 faiz artırıldı.

2019-cu il iyunun 18-də isə Prezident İlham Əliyev tərəfindən ikinci sosial islahatlar paketi qəbul olundu. Bu paket 2 milyona qədər vətəndaşımıza şamil olundu. İlk növbədə, minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı və nəticədə 600 mindən çox vətəndaşın əməkhaqqı yenidən 30 faizə yaxın artırıldı. Minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Həmçinin pensiya və müavinətlər, maaşlar yenidən 30-40 faiz artırıldı.

Beləliklə, 2019-cu ildə əhalinin 3 milyon nəfərini əhatə edən 2 sosial paket çərçivəsində müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edildi. 

Bu xüsusda koronavirus pandemiyası ilə bağlı sahibkarlığa və vətəndaşlara dəymiş zərərlərin aradan qaldırılması istiqamətində dövlətin maliyyə dəstəyi əhəmiyyət kəsb etmişdir. 2020-ci ilin mart ayından başlayaraq ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olmuş və iqtisadiyyatın bir çox sahələrində geriləmələrə gətirib çıxarmışdır. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam  etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışlar formalaşdırmışdır. Bu məqsədlə büdcənin xərcləri artırılmış, həyatı vacib sahələrə dövlətin maliyyə təminatları artırılmışdır. Dövlət başçısının “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan  Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci  il 19 mart tarixli müvafiq Sərəncamına əsasən, çoxistiqamətli dəstək paketləri hazırlanaraq həyata keçirilmişdir. Dövlət büdcəsi, dövlət fondları və digər mənbələrdən səfərbər edilmiş maliyyə resursları hesabına ümumi dəstək paketinin həcmi 3,5 milyard manat təşkil etmiş və ümumilikdə 3 milyondan artıq vətəndaşın sosial və iqtisadi həyatında vacib rol oynamışdır. Görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil  olmasının qarşısı alınmışdır. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərinin tarazlaşdırılması üçün 2,3 milyard manat məbləğində maliyyə təminatı formalaşdırılmışdır.

Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində Azərbaycan 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini artıq arxada qoymuş, Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq ölkəmizdə bütün sahələrdə bərpa meyilləri yaranmış, dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsi təmin edilmişdir. Azərbaycanın qarşısında yaranmış bir sıra yeni reallıqlarla bərabər, büdcə siyasətinə də yeni baxış formalaşmış, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uygunlaşdırılmışdır. Bu məqsədlər nəzərə alınmaqla 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat maliyyə vəsaitinin ayrılması təmin edilmişdir. Bu reallıqlara uyğun olaraq, dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli  “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar həyata keçirildi və 3-cü sosial paketin icrasına başlanıldı. Minimum əməkhaqqı 250 manatdan 300 manata qalxdı. Bütün sosial təqaüd və müavinətlər 20-40 faiz artırıldı.

Həmçinin Prezident İlham Əliyevin dekbarın 17-də imzaladığı müvafiq sərəncama əsasən, minimum əməkhaqqının, təhsil işçilərinin və digər pedaqoji sahələrdə çalışanların, eləcə də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması yeni sosial paketin tərkib hissəsidir.

Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən 3-cü sosial paket pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial ödənişlərin artımını təmin etdi.

Onu da qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edir. Yəni həmin xərclərin maliyyə tutumu 13 milyard 851 milyon manata çatdırılıb.  Bu, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artım deməkdir. Büdcədə sosialyönümlü xərclərin, yəni 13, 8 milyard manat vəsaitin 60 faizi, yəni 8,1 milyard manatı əməyin ödənişi xərcləridir. Beləliklə, bütün sosial artımlar üçün büdcədə güclü maliyyə təminatı öz əksini tapmışdır.

Beləliklə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3 sosial islahat paketi ölkə əhalisinin yarısını əhatə etməklə, maliyyə tutumu 6,5 milyard manata bərabər olubdur.

Ümumilikdə, icra olunmuş sosial siyasət tədbirləri nəticəsində son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, media əməkhaqqı 74 faiz artıb. Minimum pensiya 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə  3 dəfədən çox artım baş verib. Azərbaycan hazırda minimum əməkhaqqının və minimum pensiyanın alıcılıq pariteti əmsalına görə, MDB-də ilk yerlərdən birini tutur.

Onu da qeyd edək ki, hazırda dövlət büdcəsində sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edir. Yəni həmin xərclərin maliyyə tutumu 13 milyard 851 milyon manata çatdırılıb.  Bu, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artım deməkdir. Büdcədə sosialyönümlü xərclərin, yəni 13, 8 milyard manat vəsaitin 60 faizi, yəni 8,1 milyard manatı əməyin ödənişi xərcləridir. Beləliklə, bütün sosial artımlar üçün büdcədə güclü maliyyə təminatı öz əksini tapmışdır.

Həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri “kölgə iqtisadiyyatına” qarşı mübarizənin gücləndirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əsaslı dönüşün əldə edilməsidir ki, bu da dövlət və özəl sektorda həm əmək müqavilələrinin sayının artmasına, həm də uçotun şəffaflaşması sayəsində sosial verginin həcminin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Təkcə, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. Həmçinin ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələrindən biri kimi məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı və digər ardıcıl tədbirlər nəticəsində son 4 ildə davamlı olaraq sosial sığorta daxilolmalarında artım baş verib. Məsələn, illik əməkhaqqı fondunda son 4 ildə 2 dəfədən çox, 2022-ci ilin ilk rübündə isə 11,1% artım baş verib ki, bu da sözsüz sığorta yığımları bazasının böyüməsində təşviqedici əhəmiyyət daşıyır. Beləliklə, 2017-ci ildə sosial sığorta daxilolmaları 2,3 milyard manat, 2019-cu ildə 2,9 milyard manat, 2020-ci ildə 3,5 milyard manat və 2021-ci ildə isə 3 milyard 843 milyon manat təşkil edib. Göründüyü kimi, son 4 ildə bu sahədə artım dinamikası 70 fazidən çox təşkil edib. Təqdirediləsi məqamlardan biri isə qeyd olunan dövrdə sosial sığorta haqları üzrə daxilolmalarda özəl sektorun payının yüksəlməsidir, ümumi daxilolmaların təxminən 64%-i qeyri-dövlət bölmələrinin payına düşüb ki, bu da sahibkarlıq sahəsində iqtisadi aktivliyin və əmək-fiskal  bazarda rolunun xüsusilə artmasının göstəricisi hesab edilə bilər.

Sosial siyasətin uğurlarını təcəssüm etdirən mühüm istiqamətlərdən biri özünüməşğulluq proqramıdır. Bu proqram işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstək xarakteri daşımaqla həm gəlirlərdə imkanı, həm də məşğulluq təminatı baxımından əhəmiyyətlidir. İndiyə kimi özünüməşğulluq proqramın fəaliyyət sahələrinin sayı da yeni sahələr əlavə edilməklə 44-ə çatdırılıb. Təkcə 2021-ci ildə 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Dövlət başçısının təşəbbüsü və göstərişi ilə icra olunan ödənişli ictimai işlər proqramı da işsiz və işaxtaranların əmək bazarına çıxışına önəmli dəstəkdir. Proqram üzrə 56 min şəxs işlə təmin edilib.

Beləliklə, mükəmməl sosial siyasət tədbirləri bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda reallaşdırılmış uğurlu iqtisadi və sosial islahatlar ölkəmizin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. 2020-ci ildə isə həmin hesabat sənədində respublikamız 191 ölkə arasında 28-ci yerdə qərarlaşmış, dünyanın ən islahatçı 10 ölkəsindən biri olmuşdur. Azərbaycan Dünya İqtisadi Forumun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında 3-cü, “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci, “Qlobal İmkanlar İndeksi 2020” hesabatında 144 ölkə arasında 52-ci yerdə mövqe tutmuşdur. Ölkəmiz “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31