Həm Avropa İttifaqı, həm də MDB ölkələrinə...
28.04.2022 [10:06]
Azərbaycandan məhsul ixracı artıb
Nicat PAŞA
Yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmiz qarşıda duran məqsədlərə doğru inamla və uğurla irəliləyir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi də prioritet istiqamətlərdəndir. Burada əsas məqsəd neftdən asılılığın minimuma endirilməsidir. Dövlətimizin başçısı da çıxışlarında hər zaman qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində öz tapşırıq və tövsiyələrini verir. Dövlət başçısı çıxışlarının birində qeyd edib ki, neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq: “Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur... Son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.
Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmağı bacarır. Yeri gəlmişkən, Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə və MDB ölkələrinə məhsul ixracı artıb. Rəsmi məlumata əsasən, birinci rübdə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 5 milyard 167,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 204 milyon dollar çoxdur. Yanvar-mart aylarında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 457,4 milyon dollar olub. Məlumatda, eyni zamanda, Azərbaycandan MDB ölkələrinə birinci rübdə 575 milyon 361 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi də qeyd olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 milyon 820 min dollar çoxdur. Yanvar-mart aylarında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 812 milyon 224 min dollar olub.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Avropa İttifaqı Azərbaycan üçün ən böyük tərəfdaşdır. O vurğulayıb ki, Azərbaycan da Aİ-nin bütövlükdə regionda ən böyük tərəfdaşıdır, çünki Aİ-nin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 70 faizinə yaxını Azərbaycanın payına düşür: “Eyni zamanda, Azərbaycanın ticarət dövriyyəsinin təxminən 42 % -i Aİ payına düşür. Azərbaycan ixracatının əhəmiyyətli hissəsi Aİ-yə yönəlib. Bu ilin birinci rübündə müşahidə edilən mühüm tendensiyalardan biri Aİ-yə Azərbaycanın qeyri-neft məhsullarının ixracatının artmasıdır. O cümlədən, təbii ki, MDB ölkələrinə. MDB ölkələri də Azərbaycan üçün vacib tərəfdaşlardır. Nəzərə alaq ki, MDB ölkələri Azərbaycan idxalında xüsusi paya malikdir. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracatında da MDB ölkələrinin son illər payının artması müşahidə olunur”.
Deputat həm MDB ölkələrinin, həm Avropa İttifaqının ixrac və idxal baxımından vacib ölkələr olduğunu qeyd edib: “Avropa İttifaqı 500 milyondan artıq istehlakçısı olan böyük bir bazardır. MDB ölkələri ənənəvi əlaqələrə malik olduğumuz bazardır. Bu ölkələrlə daimi əməkdaşlığın gücləndirilməsi Azərbaycan üçün həm də ixracatın şaxələndirilməsi baxımından vacibdir. Ümumiyyətlə, Azərbaycan üçün ən vacib məsələlərdən biri ixracatın şaxələndirilməsinə nail olmaqdan ibarətdir. Avropa İttifaqı da bu baxımdan vacib tərəfdaşdır və təbii ki, həm gəlirlik səviyyəsi yüksəkdir, həm də ixrac imkanları potensialı kifayət qədər böyükdür”.
“Əlaqələrin genişləndirilməsi, daha çox ölkələrə Azərbaycanın qeyri-neft məhsullarının göndərilməsi, ixracatın şaxələndirilməsi ölkəyə daxil olan valyutanın həcmində stabilliyin qorunub saxlanması baxımından vacibdir. Gözlənilir ki, Azərbaycan növbəti illərdə inkişaf etmiş ölkələrə, o cümlədən Avropa İttifaqına daha çox qeyri-neft məhsulları göndərmək imkanına malik olacaq”, - deyə V.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

