Avropa üçün asan olmayan addım
05.05.2022 [10:40]
Rusiyaya qarşı 6-cı sanksiya paketində nələr var?
Nicat PAŞA
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar davam edir. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentindəki çıxışında bildirib. O qeyd edib ki, artıq altıncı sanksiyalar paketi təqdim edilib: “Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Birincisi, Biz Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitlərin və digər şəxslərin siyahısını hazırladıq. Sizin kim olduğunuzu bilirik və siz törətdiklərinizə görə məsuliyyət daşıyacaqsınız. İkincisi, biz Rusiyanın ən böyük bankı olan “Sberbank”ı və digər iki böyük bankı SWIFT-dən çıxarırıq. Üçüncüsü, biz yalan və təbliğatı aqressiv şəkildə yayımlayan üç böyük Rusiya dövlət yayımçısını efirimizdən çıxardırıq, onların yayımını qadağan edirik.
Nəhayət, biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Gəlin açıq olaq: bu asan olmayacaq, amma biz bunun üzərində işləməliyik. Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararaq, Rusiyaya təzyiqi maksimum dərəcədə artıracayıq”, Ursula von der Leyen deyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sözügedən paket Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq: “Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır. Bu məsələdə ümumi razılıq olmasa da, Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür, bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar. Əvvəllərdə qeyd etdiyimiz kimi, neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub.
İqtisadçı vurğulayıb ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər: “Hazırda daha çox daxili qaydalar hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq”.
“Qeyd edək ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda Rusiyaya neft idxalına görə ildə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu, daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil.
Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısamüddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanksiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
18 May 21:14

Xəbər lenti
18 May 20:34

Xəbər lenti
18 May 20:30

Gündəm
18 May 20:15

Gündəm
18 May 19:06

Xəbər lenti
18 May 18:50

Xəbər lenti
18 May 18:30

Xəbər lenti
18 May 18:18

Xəbər lenti
18 May 17:29

Xəbər lenti
18 May 17:11

Xəbər lenti
18 May 17:08

Xəbər lenti
18 May 16:59

Xəbər lenti
18 May 16:46

Xəbər lenti
18 May 16:37

Xəbər lenti
18 May 15:57

Xəbər lenti
18 May 15:50

Xəbər lenti
18 May 15:44

Xəbər lenti
18 May 15:42

Xəbər lenti
18 May 15:40

Xəbər lenti
18 May 15:28

Xəbər lenti
18 May 15:22

Xəbər lenti
18 May 15:20

Siyasət
18 May 15:17

Xəbər lenti
18 May 15:04

Siyasət
18 May 15:00

Xəbər lenti
18 May 14:56

Gündəm
18 May 14:54

Dünya
18 May 13:41

Gündəm
18 May 13:41

Xəbər lenti
18 May 13:08

Xəbər lenti
18 May 13:02

Gündəm
18 May 12:47

Xəbər lenti
18 May 12:37

Xəbər lenti
18 May 12:22

Xəbər lenti
18 May 11:33

Xəbər lenti
18 May 11:30

Xəbər lenti
18 May 11:14

Xəbər lenti
18 May 11:10

Formula 1
18 May 11:02

Sosial
18 May 10:36

Sosial
18 May 10:34

MEDİA
18 May 10:32

Analitik
18 May 10:25

Siyasət
18 May 10:24

Siyasət
18 May 10:19

Siyasət
18 May 10:18

Siyasət
18 May 10:14

Xəbər lenti
18 May 10:10

Analitik
18 May 10:08

İqtisadiyyat
18 May 10:05

Xəbər lenti
18 May 10:04

Xəbər lenti
18 May 10:02

İqtisadiyyat
18 May 10:01

Prezident bu gün
18 May 10:00

Gündəm
18 May 09:54

Xəbər lenti
18 May 09:13

Xəbər lenti
18 May 00:09

Xəbər lenti
18 May 00:01

Xəbər lenti
17 May 22:37

Xəbər lenti
17 May 21:02

Xəbər lenti
17 May 21:01

Xəbər lenti
17 May 17:54

Xəbər lenti
17 May 17:53

Xəbər lenti
17 May 17:39

Xəbər lenti
17 May 17:26

Xəbər lenti
17 May 17:24

Xəbər lenti
17 May 17:01

Siyasət
17 May 16:55

Xəbər lenti
17 May 16:49

Xəbər lenti
17 May 16:48
