Yeni idarəçilik mexanizmi - yeni model
06.05.2022 [10:10]
Xüsusi nümayəndəliklər regionlarda dövlətin siyasətini həyata keçirir
Günel ABBAS
İstər dövlət, istərsə də biznes sahələrində yeni idarəetmə növünə keçid dövrün tələbidir. Azərbaycan bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyində də zamanın tələbinə uyğunlaşır. Bu istiqamətdə davamlı, dinamik işlər görülür. Nəticə etibarilə hazırda ölkəmizdə yeni idarəçilik mexanizminə uyğun üç xüsusi nümayəndəlik fəaliyyət göstərir. Prezident İlham Əliyev ilkin mərhələdə Şuşa və Ağdamda yaradılan xüsusi nümayəndəliklərin sayının artırılacağını öz çıxışlarında mütəmadi diqqətə çatdırır.
Prezident aprelin 30-da “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bu məsələlərə bir daha toxunub. Dövlət başçısı digər ərazilər üçün də xüsusi nümayəndələrin təyin ediləcəyinin xəbərini verib. Bildirib ki, onların hələlik təyin edilməməsinin səbəbi orada fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır. Prezident hazırda yeni idarəçilik modelinin sınaqdan keçirildiyini də qeyd edib. Mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəliyin yaradılması sözügedən prosesi sürətləndirən amillərdən biridir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Azərbaycan”a müasir idarəçilik modelinin tətbiqi barədə danışıb. Bildirib ki, Qarabağda sınaqdan keçirilən yeni sistem fərqli olacaq: “Yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Məlumdur ki, paytaxtda qəbul edilən qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır. Ancaq həmin qərarlar heç də bütün regionlarda icra edilmir, nəticədə rayonlarda yerləşən insanlar bu yeniliklərdən məhrum olur. Bu mənada yeni idarəçilik modeli olduqca əhəmiyyətli və mütərəqqi xarakter daşıyır”.
Deputat bildirib ki, regional iqtisadi məsələlərə yeni baxış fonunda ölkədə sovet dövründən qalma sistem dəyişdirilir: “Prezidentin xüsusi nümayəndəsi regionlarda dövlətin siyasətini həyata keçirir, həmin ərazilərə investisiya cəlb edir. Hesab edirəm ki, bu model yerli özünüidarəetmə sistemini gücləndirəcək. Bununla insanlar mərkəzdə yox, yerlərdə də öz problemlərini həll edəcək. Yeni model rayonların dünya standartlarına uyğunlaşdırılması baxımından da olduqca vacibdir. Məhz bu idarəçilik modelinə Qarabağdan başlanılmasının özü də xüsusi əhəmiyyət daşıyır. Yeni format Amerikada da mövcuddur, ancaq orada ştatlar formasındadır. Bizim mexanizm daha çox Türkiyə modelinə bənzəyir”.
S.Novruzov qeyd edib ki, xüsusi nümayəndələrin təyinatı ölkə başçısının sərəncamı əsasında həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

