Çörək bol olarsa...
07.05.2022 [09:24]
Mübariz ABDULLAYEV
Son vaxtlarda COVID-19 pandemiyası, geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, eləcə də iqlim dəyişikliyi, torpaq və su resurslarının məhdudlaşması dünyanın ərzaq təhlükəsizliyi sistemini ciddi təhdidlərlə üz-üzə qoyub. Qlobal miqyasda ərzaq məhsullarına olan tələbat təklifi getdikcə daha çox dərəcədə üstələyir ki, bu da kəskin qiymət artımı ilə müşayiət olunur.
Belə bir çətin dönəmdə Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı strateji hədəfləri bir daha xatırladıb. “Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qida zəncirində əsas məhsul
Ölkəmizin ərzaq təhlükəsizliyində ən mühüm istiqamətlərdən biri taxıl təchizatı ilə bağlıdır. Azərbaycanda çörək qida zəncirində əsas məhsullardan biri sayılır. Rəsmi statistikaya görə, respublikamızın illik buğda tələbatı 3,5 milyon tondur. Ancaq yerli istehsal tələbatdan xeyli geri qalır. Belə ki, taxıla olan daxili tələbatın yalnız 60 faizi yerli istehsal hesabına qarşılanır. Ərzaqlıq buğda təminatı isə bundan da aşağı, cəmi 25 faiz səviyyəsindədir. İstehlakın qarşılanması üçün respublikamız bir sıra ölkələrdən, əsasən də qonşu Rusiyadan taxıl idxal edir. Bütövlükdə illik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il respublikamıza gətirilən buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı. Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonunda və bu ilin əvvəlində daha da artırmağa çalışıb. Ölkəyə ehtiyat buğda tədarükü hazırda da davam edir.
Daxili istehsalın artırılması üçün yeni imkanlar
Azərbaycanda təxminən 1 milyon hektar sahədə taxıl əkini aparılır və ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Əlbəttə, Azərbaycanın coğrafi iqlim xüsusiyyətləri, torpaq fondunun məhdud olması taxıla olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına təmin olunmasına imkan vermir. Ancaq indiki reallıqlar fonunda meydana çıxan əsas çağırışlardan biri taxıla olan tələbatın daha çox həcmlərdə yerli istehsal hesabına qarşılanması ilə bağlıdır. Prezident İlham Əliyev ölkədə ərzaqlıq buğda ilə özünütəminat səviyyəsini 70-75 faizə çatdırmaqla bağlı konkret hədəf qoyub. Yaxın perspektivdə bu məqsədə çatılması tam realdır. Xüsusilə 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə taxıl əkini üçün geniş imkanlar var. Bunu dövlət başçısı İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha diqqətə çatdırıb. “Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir”, - deyə ölkə Prezidenti vurğulayıb.
Təxminən 11 min kvadratkilometrə bərabər olan işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi imkanları kifayət qədər böyükdür. Ekspertlərin qənaətinə görə, işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının əlavə olaraq 8 faiz genişlənməsinə imkan verəcək. Qeyd edək ki, işğal dövründə torpaqlarımızı vəhşicəsinə istismar edən ermənilər sözügedən ərazilərdə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə ilk taxıl əkini Zəngilan rayonunda reallaşdırılıb. Cari ildə işğaldan azad olunmuş ərazilərdə taxıl əkilən sahələr əhəmiyyətli dərəcədə genişləndirilib. Proqnozlara görə, işğaldan azad olunmuş ərazilərdə ölkə üzrə indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın taxıl istehsal etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

