Yardım alan ölkədən donor ölkəyə...
20.05.2022 [10:06]
Mübariz ABDULLAYEV
Aparılan uğurlu siyasət sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyini təmin edib. O cümlədən dinamik iqtisadi inkişafın məntiqi nəticəsi olaraq ölkəmiz maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Son illərdə Azərbaycan respublika üzrə bir sıra irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına, pandemiya şəraitində və müharibə dövründə artan xərclərinə və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinin reallaşdırılmasına baxmayaraq, özünün strateji valyuta ehtiyatlarını da artırmağa nail olub. Hazırda respublikamızın 50 milyard dollardan artıq strateji valyuta ehtiyatları var ki, bu da kifayət qədər böyük rəqəmdir. Maliyyə imkanlarının genişlənməsi Azərbaycanın bir vaxtlar yardım alan ölkədən donor dövlətə çevrilməsini təmin edib və respublikamızın manevr imkanlarını genişləndirib.
Xarici borcun azaldılması strategiyası
Dünyadakı mənzərəyə diqqət yetirsək, görərik ki, hazırda ayrı-ayrı ölkələr böyük həcmlərdə xarici borclanmaya gediblər. Bu, həmin ölkələr üçün bir sıra çətinliklər yaradır, onların beynəlxalq maliyyə qurumlarından asılılığını artırır. Azərbaycan isə aşağı xarici borc yükünə malik olan ölkədir və bu, respublikamızın böyük üstünlüyüdür. Respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən xarici dövlət borcunun azaldılması strategiyası uğurla həyata keçirilir. Son bir ildə ölkəmizin xarici dövlət borcu 600 milyon dollardan çox aşağı düşüb. Əgər bir il bundan əvvəl respublikanın xarici dövlət borcu ümumi daxili məhsulun 18 faizini təşkil edirdisə, hazırda bu göstərici cəmi 12,5 faiz səviyyəsindədir. Yaxın perspektiv üçün müəyyənləşdirilən hədəf bu rəqəmi 10 faizədək azaltmaqdan ibarətdir. “İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır”, - deyə Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında vurğulayıb.
Beynəlxalq səviyyədə yardım proqramları
Maliyyə imkanları genişlənən Azərbaycan humanizm prinsiplərinə və xoş mərama əsaslanaraq beynəlxalq səviyyədə müxtəlif yardım proqramları reallaşdırır. 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılması bu sahədə ölkəmizin niyyətinin ifadəsidir. Deyə bilərik ki, bu gün beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünəməxsus yeri var və belə fəaliyyət respublikamıza beynəlxalq səviyyədə böyük nüfuz qazandırır.
Dünya birliyi yeni növ koronavirus pandemiyasının pik dövründə Azərbaycanın genişmiqyaslı donorluq fəaliyyətinin bir daha şahidi oldu. Təhlükəli xəstəliyə qarşı beynəlxalq səylərin gücləndirilməsinə töhfələr verən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) iki tranşda 10 milyon dollar vəsait ianə etdi. Bundan başqa, pandemiya dövründə respublikamız 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardımlar göstərdi. Eyni zamanda, Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə Tacikistana, Qırğızıstana və Özbəkistana vaksinlər göndərdi.
Təhsilə dəstək
Artıq donor ölkəyə çevrilən Azərbaycan beynəlxalq səviyyədə müxtəlif təhsil proqramlarına dəstək verir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlərə əsasən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib. 2021-2022-ci tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 19 ölkənin və Qoşulmama Hərəkatı üzrə isə 18 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Həmin tələbələr İslam Əməkdaşlıq Təşkilatı üzrə Banqladeş, Cibuti, Çad, Əfqanıstan, Əlcazair, Fələstin, İndoneziya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Mərakeş, Özbəkistan, Somali, Sudan, Tacikistan və Yəməni, Qoşulmama Hərəkatı üzrə Efiopiya, Filippin, Qambiya, Qana, Liberiya, Malavi, Maldiv, Mali, Mavritaniya, Mərkəzi Afrika Respublikası, Myanma, Niger, Peru, Sent-Kits və Nevis, Surinam, Tailand, Tanzaniya və Zambiyanı təmsil edirlər.
Xarici ölkələrdə investisiya qoyuluşu
Geniş imkanlara malik Azərbaycan, eyni zamanda, xarici ölkələrdə investisiya qoyuluşunu getdikcə artırır. Bura həm qonşu dövlətlər, həm də uzaq coğrafiyada yerləşən ölkələr daxildir. Respublikamızın uğurlu investisiya layihələri reallaşdırdığı qonşu ölkələrdən biri Gürcüstandır. Azərbaycan bu ölkənin qazpaylayıcı şəbəkəsini idarə edir. Eyni zamanda, Gürcüstanda SOCAR şirkətinə məxsus çoxlu sayda yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda Azərbaycanın milli şirkəti olan SOCAR Gürcüstanda ən çox vergi ödəyən xarici şirkətlərin siyahısında ilk beşlikdə qərar tutur. Azərbaycan şirkətləri dost ölkədə tikinti sektorunda da böyük fəallıq göstərirlər. Bütövlükdə, Azərbaycanın Gürcüstana yönəltdiyi investisiyaların həcmi 3,3 milyard ABŞ dollarını üstələyib.
Azərbaycanla Rusiya arasında da qarşılıqlı investisiya qoyuluşu yüksək dinamikaya malikdir. İndiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 6,3 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyub. Ölkəmiz Rusiyanın müxtəlif regionları ilə ticarət-iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və son illərdə bu istiqamətdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib.
Müstəqillik illərində Azərbaycan ən böyük investisiya qoyuluşunu qardaş Türkiyədə reallaşdırıb. İki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq qarşılıqlı investisiya qoyuluşu da ilbəil genişlənir. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycan iqtisadiyyatına təxminən 13 milyard dollar həcmində sərmayə yönəldib. Qardaş ölkə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların həcminə görə ilk yeri tutur - indiyədək türk şirkətləri ölkəmizin qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 İyun 23:34

Xəbər lenti
26 İyun 21:06

Gündəm
26 İyun 19:34

Xəbər lenti
26 İyun 18:30

Xəbər lenti
26 İyun 17:18

Xəbər lenti
26 İyun 15:10

Dünya
26 İyun 14:35

Gündəm
26 İyun 13:21

Xəbər lenti
26 İyun 12:40

Xəbər lenti
26 İyun 11:37

Xəbər lenti
26 İyun 11:04

Xəbər lenti
26 İyun 10:04

Gündəm
26 İyun 09:57

Gündəm
25 İyun 21:37

Dünya
25 İyun 20:47

Dünya
25 İyun 18:46

Xəbər lenti
25 İyun 18:44

Xəbər lenti
25 İyun 15:59

Siyasət
25 İyun 14:14

Siyasət
25 İyun 14:08

Xəbər lenti
25 İyun 13:40

Xəbər lenti
25 İyun 12:38

Xəbər lenti
25 İyun 12:04

Xəbər lenti
25 İyun 11:30

Mədəniyyət
25 İyun 10:35

Sosial
25 İyun 10:32

Sosial
25 İyun 10:29

Sosial
25 İyun 10:27

Xarici siyasət
25 İyun 10:25

Analitik
25 İyun 10:24

Xəbər lenti
25 İyun 10:22

Siyasət
25 İyun 10:18

İqtisadiyyat
25 İyun 10:16

MEDİA
25 İyun 10:12

Prezident bu gün
25 İyun 10:11

Xəbər lenti
25 İyun 10:10

Siyasət
25 İyun 10:01

Gündəm
25 İyun 09:58

Gündəm
25 İyun 09:52

Dünya
24 İyun 21:45

Xəbər lenti
24 İyun 21:44

Gündəm
24 İyun 19:26

Xəbər lenti
24 İyun 19:20

Xəbər lenti
24 İyun 19:14

Xəbər lenti
24 İyun 19:12

Xəbər lenti
24 İyun 19:10

Xəbər lenti
24 İyun 18:00

Xəbər lenti
24 İyun 17:48

Xəbər lenti
24 İyun 16:57

Xəbər lenti
24 İyun 16:40

Siyasət
24 İyun 16:36

Xəbər lenti
24 İyun 15:46

YAP xəbərləri
24 İyun 15:45

Xəbər lenti
24 İyun 15:11

Xəbər lenti
24 İyun 15:09

Xəbər lenti
24 İyun 14:30

Xəbər lenti
24 İyun 14:18

Xəbər lenti
24 İyun 14:04

Xəbər lenti
24 İyun 14:03

Xəbər lenti
24 İyun 13:56

Xəbər lenti
24 İyun 13:55

Xəbər lenti
24 İyun 13:48

Xəbər lenti
24 İyun 13:44

Siyasət
24 İyun 13:39

Xəbər lenti
24 İyun 13:31

Xəbər lenti
24 İyun 13:26

Xəbər lenti
24 İyun 12:46

Xəbər lenti
24 İyun 12:41

Xəbər lenti
24 İyun 12:19

Xəbər lenti
24 İyun 12:17
