Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əmək bazarı necə inkişaf edir?

Əmək bazarı necə inkişaf edir?

27.05.2022 [10:09]

Mübariz ABDULLAYEV

Son illərdə bütün dünya üzrə əmək bazarına təhdidlər artıb. 2019-cu ilin sonlarından başlayan yeni növ koronavirus pandemiyası qlobal miqyasda çoxlu sayda iş yerlərinin ixtisarı və əmək bazarının kiçilməsi ilə nəticələndi. Rusiya-Ukrayna müharibəsi fonunda geosiyasi gərginliklərin artması da ayrı-ayrı ölkələrin əmək bazarında fəsadlarla müşayiət olunmaqdadır. Xarici mənfi təsirlərin artdığı belə bir şəraitdə Azərbaycanda əmək bazarının qorunmasına həssas yanaşma təqdirəlayiq haldır.

Əmək bazarının genişlənməsi 

Azərbaycanda əmək bazarı ölkənin dərinməzmunlu sosial siyasətinə uyğun olaraq daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev hökumətin qarşısında ölkəmizdə əhalinin artım dinamikasını nəzərə almaqla yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı mühüm vəzifə qoyub. Müəyyənləşdirilən strateji xəttə uyğun olaraq ölkə üzrə əmək bazarının qorunmasını və genişləndirlməsini hədəfləyən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Respublikamızda əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə  yönələn ardıcıl islahatlar reallaşdırılır. Bu günlərdə baş tutan biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclasında vurğulandığı kimi, bu islahatlar əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə də müsbət təsir göstərir.

Son 18 ildə respublikamızda sənaye zonalarının yaradılması, yeni istehsalatların işə salınması, sahibkarlıq subyektlərinin sayının artması, eləcə də kənd təsərrüfatında əmək tutumu böyük, gəlir imkanları geniş olan tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin dirçəldilməsi ölkə üzrə əmək bazarının əhəmiyyətli dədrəcədə genişlənməsini şərtləndirib. Bəhs olunan dövrdə respublikamızda 2 milyona yaxın yeni iş yerləri yaradılıb ki, bunun da böyük əksəriyyəti daimi iş yerləridir. O cümlədən respublikamızda əmək bazarının qorunmasına hərtərəfli dövlət dəstəyi göstərilir. Ölkəmizdə yeni növ koronavirus pandemiyasının pik dövründə sərt qapanmalar şəraitində iş yerlərinin ixtisarına yol verilmədi. Əksinə, dövlət başçısının təşəbbüsü ilə on minlərlə insan ödənişli ictimai işlərə cəlb olundu. Bundan başqa, qapanmalar şəraitində belə dövlət və özəl sektorda çalışanların əməkhaqqı ödənildi, muzdlu işçilərə və kiçik sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərildi.

Artıq pandemiyanın əmək bazarına yaratdığı çətinliklərin arxada qaldığını söyləmək mümkündür. 2021-ci ildə milli iqtisadiyyatımız bərpa mərhələsini uğurla keçərək inkişafa, ümumi daxili məhsul istehsalının artmasına istiqamətlənib. Beləliklə, ölkə üzrə əmək bazarının genişlənməsinə yeni imkanlar yaranıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, qurum tərəfindən cari ilin yanvar-aprel aylarında 24 674 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 13 736 nəfəri münasib işlərlə təmin edilib. Eləcə də, agentlik tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb. O cümlədən 5590 şəxs peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.

Həssas qruplardan olan insanların əmək bazarına asan çıxışı

Əmək bazarında inklüzivliyin təmin edilməsi, xüsusilə də həssas qruplardan olan insanların iş yerlərinə asan çıxışının təmin edilməsi respublikamızda ardıcıllıqla reallaşdırılan məşğulluq siyasətinin mühüm bir istiqamətini təşkil edir. Ölkəmizdə həssas qruplardan olan insanların əmək bazarına asan çıxışını təmin etmək üçün nəzərdə tutulan özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Dövlət Məşğulluq Agentliyi tərəfindən təkcə cari ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Onlar təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

Həssas qruplardan olan insanların əmək bazarına çıxışının təmin olunmasında “Məşğulluq marafonu”nun rolunu da ayrıca qeyd etmək lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 2275 nəfər işlə təmin edilib. Onlardan 1888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

Peşə-əmək reabilitasiyası

Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyasına cəlb olunmaları da diqqət mərkəzində saxlanılır. Verilən məlumata görə, 2022-ci ilin əvvəlindən bəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinə əlilliyi olan 200-ə yaxın şəxs qəbul edilib.  Müasir tələblərə uyğun şəraitin yaradıldığı mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir.

Paylaş:
Baxılıb: 132 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30