Azərbaycanın hədəfləri
02.06.2022 [10:09]
“Yaşıl artım” ölkəsi
MÜBARİZ
Yeni növ koronavirus pandemiyası bütün dünya üzrə qapanmalara yol açdı, siyasi, iqtisadi və işgüzar dairələrdə canlı görüşləri, birbaşa dialoqu məhdudlaşdırdı. Artıq, necə deyərlər, çağırılmamış qonağın həyatımıza gətirdiyi bu kimi çətinliklər və məhdudiyyətlər tarixin arxivinə qovuşmaqdadır. Pandemiyanın pik mərhələsindən sonra dünya, o cümlədən də ölkəmiz yenidən canlı ünsiyyətə qayıdır. Bu günlərdə paytaxtımızda 30 ölkədən 249 şirkətin, ayrı-ayrı ölkələrin dövlət və hökumət rəsmilərinin iştirakı ilə Bakı Enerji Həftəsinin keçirilməsi bunun daha bir təsdiqidir. Tədbir daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirib.
Yeni qlobal çağırışlar
Son illərdə bir tərəfdən davamlı olaraq artan iqlim dəyişikliyi, ənənəvi resursların ehtiyatlarının azalması, digər tərəfdən isə elmin və rəqəmsal texnologiyaların sürətli inkişafı elektrik enerjisinin bir növündən digərinə transformasiya məsələsinin aktuallığını artırıb. Deyə bilərik ki, elektrik enerjisi istehsalı mənbələrinin şaxələndirilməsi qlobal miqyasda əsas çağırışlardan birinə çevrilib. Təqdirəlayiq haldır ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində də dialoqun əsas gündəliyini təşkil edir. Enerji Həftəsinə “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen” kimi nüfuzlu şirkətlər yer alır. “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” kimi məşhur şirkətlərin qatılması tədbir çərçivəsində müasir dövrdə enerji transformasiyası ilə bağlı dialoqun necə qızğın atmosferdə keçdiyi barədə konkret təsəvvür yaradır. Təkcə belə bir faktı qeyd edək ki, sözügedən şirkətlər, əslində, qlobal miqyasda enerji seqmenti üzrə inkişaf perspektivlərini müəyyənləşdirir və böyük həcmlərdə investisiya yatırımlarına malikdirlər. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı məktubunda yeni qlobal çağırışların region üçün də önəmli olduğuna diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçımız vurğulayıb: “Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir”.
Mükəmməl bünövrə
Uğurlu siyasət sayəsində dünya birliyinə sıx inteqrasiya edən Azərbaycan da öz hədəflərini yeni qlobal trendlərə və çağırışlara uyğun müəyyənləşdirir. Bu hədəflər, eyni zamanda enerji transformasiyası ilə bağlıdır. “Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın inkişaf perspektivi üçün belə bir hədəf müəyyənləşdirməsi heç də təsadüfi deyildir. Respublikamızın elektrik enerjisinin istehsalı mənbələrinin şaxələndirilməsi imkanları kifayət qədər genişdir. Bütövlükdə, ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Respublikamızda bərpa olunan mənbələr hesabına da elektrik enerjisi istehsalı getdikcə artır. Energetika naziri Pərviz Şahbazovun məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpaolunan mənbələrdən 59,6 mln. kilovatt-saat artımla 618,8 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib. Bildirilir ki, istehsal edilən elektrik enerjinin 492,6 mln. kilovatt-saatı su elektrik stansiyalarının, 32,2 mln. kilovatt/saatı külək elekt?ik stansiyalarının, 18 mln. kilovatt/saatı külək elektrik stansiyalarının və 76 kilovatt/saatı isə Bərk Məişət Tullantıları Zavodunun payına düşüb. Bundan əvvəl 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji seqmentinin payının 30 faizə çatdırılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev isə bu rəqəmin 40 faizə çatdırılmasının mümkünlüyünü bəyan edib. Bu hədəfin də reallaşması tam realdır. Qeyd edək ki, təkcə 2022-ci ilin əvvəlindən bəri xarici şirkətlərlə yeni bərpa olunan enerji stansiyalarının tikintisinə dair yeni müqavilələr imzalanıb. Bu stansiyalar işə salındıqdan sonra respublikamızda bərpaolunan mənbələrdən alınan elektrik enerjisi həcmləri daha da artacaq.
İşğaldan azad edilmiş ərazilərdə yeni mənbələr
Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük bir qismi 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə cəmləşib. Müharibənin başa çatmasından sonrakı qısa zaman kəsiyində burada 4 su elektrik stansiyası tikilərək istifadəyə verilib. Hazırda bəhs olunan ərazilərdə 5 stansiyanın tikintisi davam etdirilir. Gələcəkdə isə işğaldan azad edilmiş ərazilərdə daha 18 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. O cümlədən Laçın-Kəlbəcərdə 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərin cənubunda - Cəbrayıl rayonunun ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məsələsi barəsində BP ilə danışıqlar aparılır. Sözügedən ərazilərin cənubunda - ikinci “ağıllı kənd”də isə 50 meqavatt gücündə günəş elektrik stansiyasının inşası planlaşdırılıb. “İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

