4,4 milyard manat...
07.06.2022 [09:39]
Qarabağda iqtisadi fəaliyyət genişlənir
Mübariz ABDULLAYEV
Son iki ilə yaxın dövr ərzində 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə böyükmiqyaslı bərpa-quruculuq işlərinə başlanıb. Təxminən 11 min kvadratkilometrə bərabər olan bu ərazilərdə Böyük Qayıdış üçün zəruri olan müasir infrastruktur yaradılır. Ötən il və cari ildə bu məqsədlər üçün dövlət büdcəsindən ümumilikdə 4,4 milyard manat vəsait ayrılıb. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələr ən müasir standartlar səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” konseptlərinə uyğun həyata keçirilir.
Yeni ərazilər əkin dövriyyəsinə cəlb olunur
Postmüharibə mərhələsində sözügedən ərazilərin iqtisadi potensialından istifadə edilməsi də gündəlikdə duran vacib məsələlər sırasında yer alır. Mütəxəssislərin qənaətinə görə, işğaldan azad olunmuş ərazilərin iqtisadi resurslarından bəhrələnməklə və bu ərazilərin Azərbaycanın digər regionlarına reinteqrasiyasını mümkün qədər qısa müddətdə reallaşdırmaqla bütövlükdə ölkənin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq. Hazırda işğaldan azad olunmuş ərazilər Azərbaycanda ümumi daxili məhsul istehsalının artırılması üçün çox vacib mənbə hesab olunur. İlkin dəyərləndirmələrə görə, bəhs olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə etməklə ölkə üzrə məhsul istehsalını 8-10 dəfəyədək artırmaq mümkün olacaq.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının böyük bir həcmi aqrar sektora aiddir. Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür, su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazilərdə cəmləşib. Torpaqların məhsuldarlığı da yüksək səviyyədədir. Hələ işğaldan əvvəlki dövrdə burada üzümçülük, taxılçılıq, baramaçılıq, pambıqçılıq, arıçılıq, maldarlıq kimi sahələr geniş inkişaf etmişdi.
Postmüharibə dövründə bəhs olunan ərazilərdə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi nəzərdə tutulub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Azərbaycan”a bildirib ki, bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır. Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20 min, Laçın yaylaqlarına isə 15000 arı ailəsinin köçürülməsi nəzərdə tutulur. Hazırda mal-qaranın işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçü də uğurla davam edir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin münbit torpaqları əkin dövriyyəsinə cəlb olunur. Verilən məlumatlara görə, taxılçılıq bəhs olunan ərazilərdə aqrar sektorun mühüm istiqamətlərindən birini təşkil edəcək. Uyğun sahələrdə taxıl əkininin həyata keçirilməsinin ölkə üzrə bu sahədə istehsalın 10-15 faiz artmasına gətirib çıxardacağı proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50935 hektar sahədə şumlama işləri aparılıb və 50393 hektar sahədə səpin həyata keçirilib.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib. Əkin-səpin işləri aparılmazdan öncə həmin sahələr minalardan təmizlənib və aqrar sektor təmsilçilərinin istifadəsinə verilib. İşğaldan azad edilmiş ərazilərdə aqrar sektor innovativ yanaşmalarla, müasir suvarma sistemlərinin tətbiqi yolu ilə inkişaf etdiriləcək. Burada bir neçə aqroparkın yaradılması planlaşdırılır və artıq ilk belə təsərrüfat fəaliyyətə başlayıb.
Kəlbəcərdə turizmin inkişafı
İşğaldan azad edilmiş ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bir-birini təkrarlamayan tarixi abidələr və əsrarəngiz təbiət turizm həvəskarları üçün əla fürsətlər yaradır. Burada gəlirli sahə olan turizmi bir neçə marşrut üzrə inkişaf etdirmək mümkündür. Hazırda “Kəlbəcərin Turizm İnkişafı Konsepsiyası” hazırlanır. Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Rayonun ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna və digər xüsusiyyətlərinə görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Rayonun ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. Yuxarıda bəhs etdiyimiz qurumun iclasında Dövlət Turizm Agentliyinin əməkdaşı tərəfindən “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nın təqdimatı olub. O, Daşaltıda turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə resursları barədə ətraflı məlumatlar verib. Qurum rəsmisinin sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilib, hədəflər, istiqamətlər müəyyən edilib. Hazırlanmaqda olan konsepsiyada Kəlbəcər rayonunun çoxşaxəli turizm potensialı nəzərə alınıb. Sənəd Kəlbəcər rayonunda turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətləri kimi məsələləri əhatə edəcək.
Sahibkarların böyük marağı
İşğaldan azad edilmiş ərazilərə investisiyalar yönəltmək istəyən sahibkarların da sayı artmaqdadır. Bəhs olunan ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı özəl sektor təmsilçilərindən bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Kicik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olub. Sahibkarlar sənaye, aqrar və turizm sektorları üzrə layihələr təqdim edirlər.
Diqqəti çəkən ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimiz xarici investorların da maraq dairəsindədir. İndiyədək KOBİA-ya edilən müraciətlərin 747-si yerli, 405-i isə xarici şirkətlərə məxsusdur. Xarici şirkətlər dünyanın müxtəlif ölkələrini təmsil edirlər. Onlardan biri də Britaniyanın BP şirkətidir. Elə bu günlərdə Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin KİV-ə verdiyi məlumatda bildirilib. Onun sözlərinə görə, hazırda kommersiya məsələləri müzakirə edilir və razılaşdırılacaq çox az məsələ qalıb. Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, tərəflər arasında razılıq yaxın zamanlarda əldə oluna bilər. Qeyd edək ki, sözügedən günəş elektrik stansiyasının layihə dəyəri təxminən 200 mln. dollara bərabərdir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 İyul 21:08

Xəbər lenti
01 İyul 18:46

Xəbər lenti
01 İyul 18:43

Xəbər lenti
01 İyul 17:44

Xəbər lenti
01 İyul 17:27

Xəbər lenti
01 İyul 16:33

İdman
01 İyul 16:19

MEDİA
01 İyul 16:02

Xəbər lenti
01 İyul 15:59

Xəbər lenti
01 İyul 15:25

Xəbər lenti
01 İyul 15:17

Xəbər lenti
01 İyul 14:54

Xəbər lenti
01 İyul 14:25

Xəbər lenti
01 İyul 14:19

Xəbər lenti
01 İyul 14:12

Xəbər lenti
01 İyul 14:08

Xəbər lenti
01 İyul 13:49

Xəbər lenti
01 İyul 13:32

Xəbər lenti
01 İyul 12:53

Xəbər lenti
01 İyul 12:25

Xəbər lenti
01 İyul 12:23

Xəbər lenti
01 İyul 11:55

Xəbər lenti
01 İyul 11:40

Xəbər lenti
01 İyul 11:30

Xəbər lenti
01 İyul 11:15

Xəbər lenti
01 İyul 11:13

Xəbər lenti
01 İyul 10:48

Ədəbiyyat
01 İyul 10:44

Xəbər lenti
01 İyul 10:39

Müsahibə
01 İyul 10:37

Xarici siyasət
01 İyul 10:32

İqtisadiyyat
01 İyul 10:30

Xarici siyasət
01 İyul 10:28

İqtisadiyyat
01 İyul 10:22

Siyasət
01 İyul 10:20

İqtisadiyyat
01 İyul 10:17

MEDİA
01 İyul 10:13

İqtisadiyyat
01 İyul 10:04

Siyasət
01 İyul 09:58

Prezident bu gün
01 İyul 09:55

Gündəm
01 İyul 09:53

Siyasət
01 İyul 09:46

Xəbər lenti
30 İyun 23:13

Xəbər lenti
30 İyun 19:59

Xəbər lenti
30 İyun 18:38

Xəbər lenti
30 İyun 18:37

Xəbər lenti
30 İyun 17:47

Xəbər lenti
30 İyun 17:38

Gündəm
30 İyun 16:57

Xəbər lenti
30 İyun 16:46

Xəbər lenti
30 İyun 16:15

Xəbər lenti
30 İyun 16:12

Xəbər lenti
30 İyun 15:50

Dünya
30 İyun 15:26

Xəbər lenti
30 İyun 14:53

Xəbər lenti
30 İyun 14:28

Xəbər lenti
30 İyun 13:51

Xəbər lenti
30 İyun 13:15

Xəbər lenti
30 İyun 12:58

Xəbər lenti
30 İyun 12:57

Xəbər lenti
30 İyun 12:50

Xəbər lenti
30 İyun 12:43

Siyasət
30 İyun 12:41

Xəbər lenti
30 İyun 12:19

Dünya
30 İyun 12:03

Xəbər lenti
30 İyun 11:57

Xəbər lenti
30 İyun 11:49

Xəbər lenti
30 İyun 10:47

Xəbər lenti
30 İyun 10:33

Xəbər lenti
30 İyun 10:25
