Rusiya defolt olub?
30.06.2022 [10:21]
M.FEYİZLİ
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi, çox doğru olaraq, həm də sanksiyalar müharibəsi kimi səciyyələndirilir. Müharibədə Ukraynanın tərəfini saxlayan ABŞ və Avropa İttifaqı (Aİ) dövlətlərindən Rusiyaya qarşı bir neçə mərhələdə şərtləri kifayət qədər ağır olan sanksiyalar gəlib. Bu sanksiyaların tətbiqində Qərbin əsas məqsədi şimal qonşumuzun gəlir mənbələrini kəsməklə onun iqtisadi-maliyyə imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Zəngin resurslara malik olan Rusiya sanksiyaların təsirindən yayınmaq məqsədilə müəyyən manevrlər etməyi bacarsa da, ölkə üçün ağır nəticələrin və çətinliklərin yarandığı da müşahidə edilməkdədir. Elə bu günlərdə Moody’s Rusiyanı defolt elan edib.
Defolt nədir?
Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır. Defoltun texniki, korporativ, suveren kimi növləri fərqləndirilir.
Rusiya öz tarixində bir neçə dəfə defolt hadisəsi ilə üzləşib. Müşahidələr göstərir ki, Rusiyada defolt hadisələri əsasən hakimiyyət dəyişiklikləri, daha çox da bir formasiyadan digərinə keçid mərhələlərində yaşanır. Məsələn, bu ölkədə 1918-ci ildə yeni hökumət quran bolşeviklər çar dövrünün nəhəng borc yükündən imtina ediblər. 1998-ci ildə Rusiyada maliyyə böhranı və rublun dəyərdən düşməsi zamanı Boris Yeltsin hökuməti 40 milyard dəyərində daxili borc üzrə defolt elan edib, eyni zamanda, xarici borclara moratorium qoyub.
Avrobondlar üzrə defolt
Bu dəfə Rusiya fərqli səbəbdən defolt təhlükəsi ilə üz-üzə qalıb. Moody’s-in açıqlamasında bildirlir ki, şimal qonşumuz avrobondlar üzrə defolt edib. Analitiklər o qənaəti bölüşürlər ki, bu, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla hədəflənən məqsədlərin kuliminasiya nöqtəsinə çatdığının əlamətidir. Reytinq agentliyi iddia edir ki, defolt vəziyyəti investorların yüz milyon dollar həcmində avrobondların iki buraxılışı üzrə ödənişləri ala bilməmələrinə görə yaranıb. “İyunun 27-də Rusiyanın suveren borcunun sahibləri 30 günlük güzəşt müddəti başa çatana qədər iki, 100 milyon dollarlıq avrobond üzrə kupon ödənişləri almadılar ki, biz bunu öz qaydalarımıza görə defolt hadisəsi hesab edirik”, - deyə agentliyin açıqlamasında vurğulanır. Agentlik Rusiyada, həmçinin gələcəkdə kupon ödənişləri üzrə növbəti defoltların baş vermə ehtimalına diqqət çəkib. Moody’s-in açıqlamasında, eyni zamanda, Rusiya prezidentinin 22 iyun tarixli Fərmanı da şərh edilib. Sözügedən sənədə əsasən, Rusiya bütün xarici borclarının rublla ödənilməsi qaydasını müəyyənləşdirib. Agentliyin qənaətinə görə isə bu da istiqrazlar üzrə defolt hadisəsi sayıla bilər, çünki bu pozisiya üzrə ödənişlərin rublla aparılması qeyri-mümkündür. Moody’s-un hesabatında deyilir: “Rusiya prezidentinin 22 iyun tarixli Fərmanı ilə xarici borcun rublla ödənilməsi qaydası tətbiq edilib. Müqavilə şərtlərinə uyğun olaraq biz, yəqin ki, rublla ödənişləri valyutanın belə dəyişməsinə imkan verməyən istiqrazlar üzrə defolt hesab edəcəyik”.
Rusiyanın etirazları
Moody’s-un hesabatında bildirilir ki, Rusiyanın 2018-ci ildən sonra buraxdığı avrobondlar üzrə ödənişlər müəyyən şərtlər daxilində rublla həyata keçirilə bilər. 2018-ci ildən əvvəl buraxılan avrobondlar üzrə isə ödənişlərin yalnız möhkəm valyutaların biri ilə (ABŞ dolları, avro, funt sterlinq və ya İsveçrə frankı) aparılması imkanı tanınır. Hazırda şimal qonşumuzun maliyyə sektorunu da əhatə edən sanksiyalar səbəbindən bu ölkənin möhkəm valyutalarda əməliyyatlar həyata keçirmək imkanları yoxdur. Bu kimi amillərə diqqət çəkən Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, investorlar üçüncü tərəflərin hərəkətləri səbəbindən Rusiya Federasiyasının suveren avrobondları üzrə ödənişləri almayıblar ki, bu, emissiya sənədlərində defolt hadisəsi kimi birbaşa nəzərdə tutulmayıb.
Xatırladaq ki, avrobondların müvafiq emissiyaları üzrə ödənişlərinin tarixi mayın 27-də bitirdi. Lakin mayın 25-də Rusiya qiymətli kağızları üzrə ödənişlərin alınması üçün zəruri olan əməliyyatlara icazə verən OFAC lisenziyasının müddəti başa çatdı və ABŞ Xəzinədarlığı onu yeniləməyəcəyini əvvəlcədən bildirdi. Mayın 20-də, gözlənilən ödəniş tarixindən bir həftə əvvəl Rusiya Maliyyə Nazirliyi bu emissiyalar üzrə ödəniş agentinə - NSD-yə vəsait köçürüb və emissiya sənədlərinə uyğun olaraq borc qiymətli kağızlarına xidmət üzrə öhdəliklərini yerinə yetirdiyini elan edib. Ödəniş agenti kimi fəaliyyət göstərən NSD depozitariyə daxil olan avrobond ödənişlərinin əmanətçilərə köçürüldüyünü bildirib. Lakin bu vəsaitlər Euroclear-da “ilişib” və sahiblərinə çatmayıb. Maliyyə Nazirliyi bazar ertəsi açıqlamasında dövlət qiymətli kağızlarına xidmət üzrə öhdəliklərin avrobond emissiyaları üzrə emissiya sənədlərinə uyğun olaraq tam həcmdə yerinə yetirildiyini bir daha bəyan edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53

Xəbər lenti
12 Avqust 13:45

Xəbər lenti
12 Avqust 13:20

Siyasət
12 Avqust 13:11

Gündəm
12 Avqust 13:10

Xəbər lenti
12 Avqust 12:25

Xəbər lenti
12 Avqust 11:38

Xəbər lenti
12 Avqust 11:30

Xəbər lenti
12 Avqust 11:25

Gündəm
12 Avqust 11:11

Gündəm
12 Avqust 11:03

Xəbər lenti
12 Avqust 10:57

Sosial
12 Avqust 10:54

Sosial
12 Avqust 10:39

İqtisadiyyat
12 Avqust 10:35

Xəbər lenti
12 Avqust 10:29

Prezident bu gün
12 Avqust 10:29

İqtisadiyyat
12 Avqust 10:27

MEDİA
12 Avqust 10:21

Yeni texnologiyalar
12 Avqust 10:18

Xəbər lenti
12 Avqust 10:16

Siyasət
12 Avqust 10:13

Siyasət
12 Avqust 10:10

Gündəm
12 Avqust 10:01

İdman
12 Avqust 09:24

Xəbər lenti
12 Avqust 09:21

Siyasət
11 Avqust 22:21

İdman
11 Avqust 20:38

Xəbər lenti
11 Avqust 19:33

İdman
11 Avqust 19:18

Xəbər lenti
11 Avqust 17:59

Gündəm
11 Avqust 17:53

Xəbər lenti
11 Avqust 17:00

Xəbər lenti
11 Avqust 16:38

Xəbər lenti
11 Avqust 16:25

Xəbər lenti
11 Avqust 15:48

Xəbər lenti
11 Avqust 15:26

Xəbər lenti
11 Avqust 14:53

Xəbər lenti
11 Avqust 14:45

İdman
11 Avqust 14:13

Xəbər lenti
11 Avqust 13:51

Xəbər lenti
11 Avqust 13:24

Xəbər lenti
11 Avqust 13:23

Xəbər lenti
11 Avqust 13:21

Xəbər lenti
11 Avqust 12:18

Xəbər lenti
11 Avqust 12:09

İdman
11 Avqust 12:04

Xəbər lenti
11 Avqust 11:23

Xəbər lenti
11 Avqust 11:05

Xəbər lenti
11 Avqust 10:59

Dünya
11 Avqust 10:50

Ədəbiyyat
11 Avqust 10:41

Ədəbiyyat
11 Avqust 10:34
