Rusiyanın 500 milyard dollardan çox aktivləri...
09.07.2022 [10:37]
Ukraynanın bərpası üçün xərclənə bilər?
NARDAR
Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya verilməsi nəzərdə tutulur. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Strasburqda keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Avropa Komissiyası qanunvericilik bazası hazırlayır ki, Rusiyanın dondurulmuş aktivləri Ukraynanın bərpasına verilsin. Avropa Komissiyasının rəhbəri hesab edir ki, bu yanaşma ədalətlidir. Rusiyanın aktivlərinə dövlət rezervləri ilə yanaşı, rus oliqarxların vəsaitləri də daxildir.
Diplomat Ukraynanın bərpası üzrə İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransı da uğurlu adlandırıb. “Şübhəsiz, idarəçilik sistemi tətbiq olunmalıdır. Bu sistem hesabatlı, bütün təşəbbüslər üzrə inandırıcı olmalı, maliyyə almalı və Ukraynanın bərpası üzrə investisiyaları islahatlarla birləşdirməlidir”- deyə Ursula fon der Lyayen əlavə edib.
Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi təşəbbüsü reallaşa biləcəkmi? Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, dünya təcrübəsində hansısa ölkənin hesablarının dondurulması və sonradan geri qaytarılmaması halları var. Bu, xüsusən də siyasi səbəbdən sanksiyaların tətbiq edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, indiyədək bir sıra ölkələrin rəhbəri olmuş şəxslərin xarici banklardakı valyuta hesablarındakı pulları dondurulub və sonradan həmin vəsaitlər geri qaytarılmayıb: “Amma sanksiyalara məruz qalan bir ölkənin aktivlərinin digər ölkənin bərpasına yönəldilməsi praktikası yenidir. Yəni Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəltməsi planı dünya təcrübəsində bir yenilik olacaq. Burada çox irihəcmli vəsaitdən söhbət getdiyini nəzərə alsaq, həmin vəsaitin dondurulması və Ukraynanın bərpası üçün istifadə olunması Rusiya iqtisadiyyatına neqativ təsir göstərəcək. Rusiya iş adamlarının vəsaitini, dövlətin rezervlərini əhatə edən bu aktivlər 500 milyard dollardan çoxdur. Rusiyanın iş adamları da çox zərər görəcəklər”.
Millət vəkili qeyd edib ki, sözügedən qanun qəbul olunarsa bu, Ukraynanın postmüharibə dövründə daha tez bərpasına imkan yarada bilər. Çünki bu işə yönəldiləcək Rusiyanın aktivlərinin həcmi böyükdür, həm də donor dəstəyi var. Nəticə etibarilə, bununla Ukrayna kifayət qədər valyuta cəlb edərək bərpa işlərini intensiv şəkildə həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

